Quantcast
Channel: Kayzen
Viewing all 12254 articles
Browse latest View live

Uşaqlarda doğum ləkəsinə diqqət edin

$
0
0
Bəzi uşaqların müxtəlif nahiyələrində anadangəlmə qəhvəyi rəngdə ləkələr olur. Bunlar adətən doğum ləkəsi adlanır və xüsusi diqqət yetirilmir. Lakin mütəxəssislər ləkələrin müəyyən nüansların xəbərçisi oduğuna diqqət çəkib.

Həkimlər belə ləkələrin sayının 6-dan artıq olduğu təqdirdə vaxt itirmədən nevroloqa müraciət edilməli olduğunu deyir. Məlumata görə, ləkələr genetik xəstəliklərdən xəbər verə bilər.
Davamı

Qışda şorba içmək üçün 5 səbəb

$
0
0
Dietoloqlar xəbərdarlıq edir ki, qış mövsümündə bir öyün də olsa, mütləq şorba yeməliyik.

1. Mədə divarının gərilməsinin qarşısını alır.

2. Yeməyə şorba ilə başlamaq iştahanızı kəsəcək və bunun sayəsində artıq kilo almayacaqsınız.

3. İçinizi isidəcək bir qida olduğu kimi, ruhi anlamda da özünüzü xoşbəxt hiss edəcəksiniz.
Davamı

Salam olsun | Yunus Əmrə

$
0
0
Biz dünyadan gedər olduq,
Qalanlara salam olsun!
Bizim üçün xeyir-dua
Qılanlara salam olsun!

Əcəl bükə belimizi
Söylətməyə dilimizi
Xəstə ikən halımızı
Soranlara salam olsun!

Tənim ortaya açıla,
Yaxasız köynək biçilə,
Bizi asan vəch ilə
Yuyanlara salam olsun!
Davamı

Freyd haqqında 15 fakt

$
0
0
1. Ziqmund Freydin tam adı – Siqizmund Şlomo Freyddir.

2. Valideynləri Ziqmundun təhsil almasına böyük diqqətlə yanaşırdılar. Digər uşaqlar şam işığında dərslərini etdikləri halda, Ziqmunda neftlə işləyən lampa və ayrıca otaq ayırmışdılar.

3. Ziqmund Freyd latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim yəhudi dili və alman dilini bilirdi.

4. Freydin ilk elmi məqaləsi çay ilanbalıqlarının cinsi fərqlərinin müəyyən edilməsinə həsr olunmuşdu.

5. Hazırda ümumi qəbul edilən “uşaq serebral iflici” termini məhz Freydə məxsusdur.
Davamı

Bildirçin yumurtası

$
0
0
Mətbəxlərdə toyuq yumurtası qədər istifadə olunmasa da, bildirçin yumurtası kiçikliyinə rəğmən böyük faydaları ilə bizləri heyrətə salır. Bildirçin yumurtası kiçik ölçüsünə baxmayaraq, digər yumurtalardan daha çox protein və amin turşularına malikdir. Xərçəngdən qripə qədər bir çox xəstəliklə savaşan bildirçin yumurtası immunitet sistemini gücləndirir.

— Bildirçin yumurtası toyuq yumurtasından beş qat daha çox fosfor tərkibinə malikdir. Bunlarla yanaşı dəmir, protein və B12 vitaminləri ilə zəngindir.
Davamı

Folqada bişirilmiş ət

$
0
0
Dietoloqların fikirinə görə, ətin bu üsulla bişirilməsi ən düzgün sayılır. Bu üsulla bişirilmiş ət bütün öz faydalı xüsusiyyətlərini saxlayır, bişirilmə zamanı yağdan istifadə olunmur.

Folqada bişirilmiş ət həm dadlı, həm də faydalıdır. Bu ət həm isti, həm də soyuq şəkildə (qəlyanaltı kimi) masaya verilə bilər.

Lazım olan məhsullar:
— Sümüksüz mal əti (yumşaq olmalıdır, heyvanın kürək hissəsi ən uyğun sayılır) — 700-800 qr.
Davamı

Kamyunun gələcək həyat yoldaşına məktubu

$
0
0
Albert Kamyu ən çox tanınan romanı «Yad»a nöqtə qoyduqdan sonra gələcək həyat yoldaşı Frensin Fora (Francine Faure) məktub yazır. 

Məktub vasitəsilə təkcə romanın qələmə alınma prosesindən deyil, öncəsindən, sonrasından və Kamyunun ruhi vəziyyətiilə də tanış oluruq.

«30 aprel, 1940-ci il
Gecə vaxtı yazıram sənə. Romanımı bir az əvvəl bitirdim və yatmağı düşünə bilməyəcək qədər gərginəm. Şübhəsiz, işim hələ natamamdı. Yenidən gözdən keçirəcəyim, əlavə edəcəyim, təkrar yazacağım şeylər var. Amma ümumi olaraq bitirdim və son cümləni yazdım. Əlyazmalarım qarşımda durur, olduqca çox əziyyət və iradəyə başa gəldiyini düşünürəm. Romanı var edə bilmək, əsl məğzindən uzaqlaşmamaq üçün fərqli düşüncə, fərqli arzuları qurban verməyə məcbur oldum. Vaxtaşırı bəzi cümlələr, duyğular, hadisələr ağlımdan şimşək kimi keçirdi. Yaratdığım işə görə səksəkəli qürur içindəyəm. Bəzənsə içində tör-töküntü və bacarıqsızlıqdan başqa şey görmürəm. Bu hekayətin içinə həddən artıq çox girdim. İndi bu kağızları siyirməyə qoyacam və yeni məqaləmin üzərində işləməyə başlayacam.
Davamı

Sərbəst vəzn

$
0
0
Sərbəst vəzn hələ qədim dövrlərdən mövcud olmuşdur. Ayrı-ayrı misralarda müxtəlif saylı hecalardan istifadə qaydalarından və romalılar mütəşəkkil şəkildə istifadə edir və «Algey beyti» adlandırırdılar. «Algey beyti»ndə misranın biri səkkiz, digəri doqquz, bir başqası isə on, on bir, ya da on iki hecalı olurdu. Məlumdur ki, Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri heca vəznində, yazılı ədəbiyyat nümunələri isə əsasən əruz, bəzi hallarda isə heca vəznində yaradılmışdır. Qədim türk abidələri olan «Orxon-Yenisey» və «Gültəkin» abidələrində sərbəst vəznin ilk rüşeymlərinə rast olunsa da, lakin bütün Yaxın Şərq xalqları ədəbiyyatı kimi, Azərbaycan ədəbiyyatında da sərbəst vəzndə XX əsrə qədər şeir yazılmamışdır.
Davamı

Zərdüşt dini

$
0
0
Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keçməsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müsbət təsir göstərdi.
O zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yaxşılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı peyğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etməsini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi.
Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna adlandırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.
Davamı

Azərbaycanda yeni nəslin boyu niyə kiçilir?

$
0
0

Azərbaycanda əhalinin ildən-ilə cılızlaşmasına dair fikirlər tez-tez səslənir. Artıq yaşlı nəsil universitet tələbələrini məktəblilərlə müqayisə edirlər.

Bir sıra mütəxəssislər boyun getdikcə qısalmasını qeyri-sağlamlıq kimi qiymətləndirsələr də, bəziləri əksinə olaraq, boyu qısa olan insanların beyninin daha yaxşı inkişaf etdiyini iddia edirlər.

Heç təsadüfi deyil ki, cəmiyyətdə insanlar arasında tez-tez “dünyanı balacalar idarə edəcək” kimi ifadələr də işlənir.
Davamı

Bir sənət əsərini anlamaq üçün ona nə qədər baxmalıyıq?

$
0
0

Bu cavabı o qədər də mürəkkəb olmayan bir sualdır. Elm adamları bir sənət əsərini başa düşməyimiz üçün lazım olan müddəti 4 dəqiqə 8 saniyə olaraq hesablayıblar…

Bu əlbəttə bir zarafatdır. Bu sualın cavabı insandan-insana dəyişir. Belə desək, subyektiv əsaslara görə fərqlənir. Bir sənət əsərini anlamaq üçün keçirməli olduğumuz vaxt qəti deyil. Bu rəsmə baxan şəxsin nə dərəcədə mütəxəsis olmasından asılıdır. Amma bunu söyləmək yerində olar ki, ümumi mənada, sənət əsərlərinə kifayət qədər uzun müddət baxmırıq. Bu məsələdə konkret ədədlər biraz dəyişkənlik göstərə bilər, amma tədqiqatlar göstərir ki, muzeydə və ya sərgidə bir şəxs əsər qarşısında ortalama olaraq 15-30 saniyə arasında vaxt keçirir. Bu əsərin vizual olaraq ifadə etməyə çalışdığı mənanı ümumi anlamaq üçün kifayət edən bir müddətdir ( abstrakt əsərlər üçün isə kifayət deyil). Ancaq əsəri bir bütün olaraq mənimsəmək üçün bu vaxt kifayət deyil.
Davamı

Ən faydalı içkilər

$
0
0
Mütəxəssislər insan sağlamlığı üçün ən faydalı içkilərin siyahısını tərtib ediblər. Xarici KİV-lərin məlumatına görə, içkilər faydalı xüsusiyyətlərə görə belə sıralanıb:

1-ci yer. Ağ çay
Xüsusi çay növüdür.

2-ci yer. Yaşıl çay
Hər iki çay polifenol maddələrlə zəngindir ki, bu maddələr orqanizmi hüceyrə səviyyəsində cavanlaşdırır, xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Ağ çay polifenolların miqdarına görə çempion sayılır.

3-cü yer. Karkade çayı
Bu tünd qırmızı rəngdə olan dadlı və ətirli içki Hibiscus sabdariffa gülündən hazırlanır. Karkade antosian maddələrlə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığını qoruyur.
Davamı

Üzü daha cavan etmək üçün sadə üsul

$
0
0
Qadının yaşını qırışlar deyil (onlar daha gec əmələ gəlir) üz dairəsinin aşağı enməsi ələ verir. Yaşlaşdıqca dəri sallanmağa başlayır ki, bu xüsusilə çənə və yanaqlarda özünü göstərir. Müəyyən edilmişdir ki, kişilərdə üz dairəsi qadınlara nisbətən daha gec yaşlarda aşağı enir. Bunun əsas səbəblərindən biri kişilərin tez-tez üzünü qırxmasıdır.

Kişi üzünü qırxarkən, özü də fikirləşmədən, yanaqlarının aşağı tərəfə sürüşməsinin qarşısını alır. Əlbəttə ki, biz qadınlara heç də üzünü qırxmağı təklif etmirik.
Davamı

Dorian Qreyin portreti

$
0
0
— Bazil, artıq gecdir, çox gecdir!
— Yox, Dorian, heç vaxt gec deyil! Gəlin diz üstə çökək və yalvaraq, duaları yadımıza salaq! Məncə, Bibliyada hardasa belə bir ayə var: “Sizin günahlarınız qan kimi qırmızı olsa da mən onları qar kimi ağappaq edəcəm.”
— Bu sözlərin indi mənimçün heç bir mənası yoxdur.

Bir çox yazıçı və fikir adamları kimi Oskar Uayld da qadınlara qarşı ciddi münasibət bəsləmirdi. Oskar Uayld Lord Henrinin dilindən yazır: “Mənim əziz dostum, qadın dahi olmur. Qadınlar yalnız dekorativ cinsdirlər. Onların dünyaya deməyə sözləri yoxdur, amma deyirlər, özü də çox gözəl deyirlər. Qadın materiyanın ruh üzərində qalibiyyət mücəssəməsidi.” Mən bu qərara gəlmişəm ki, qadınlar, əsasən, iki kateqoriyaya bölünürlər: boyasız və boyalı qadınlar.

 Bu söhbətdən bir az əvvəl isə Lord Henrinin arvadı ledi Henri musiqi haqqında söhbət edərkən musiqiyə münasibətini belə ifadə edir: “Mən Vaqnerin musiqisini sevirəm. Onunku o birilərinkindən daha yaxşıdı. O qədər səsli-küylü musiqidir ki, adam teatrda bütün gecəni bir-biriylə söhbət edər və kənar adam da o söhbəti eşitməz. Bu da çox böyük üstünlükdür, elə deyilmi, Mister Qrey”?
Davamı

Ölüm fəlsəfəsi

$
0
0
Qəlbin hər çırpıntısı əcəlin ayaq səsidir.
-Bəyazid Bistami
Hələ də o dünyadan salamlar gətirən ölülərə rast gəlinmədiyindən insanlar əcəl zənginin necə çalınacağı barədə çoxlu mülahizələr yürüdürlər. Yaşadığı tarixi dövrdən, mühitdən asılı olmayaraq hər bir insan ölüm barədə düşünür. Ölümün hüquqi və bioloji tərifləri verilsə də, fəlsəfi cəhətdən ölümə vahid tərif vermək mümkün deyil. Məsələn, Oşo ölümü meditasiyaya bənzədir. Xristianlıqda ölüm Adəmlə Həvvaya törətdikləri günaha görə verilən cəza, İslamda insanın qəbirdə axirətə qədər bərzax halında gözlədiyi vəziyyətdir. Sokrat fəlsəfəni ölüm elmi adlandırdığına baxmayaraq, Vitqenşteyn ölümü ümumiyyətlə qeyri-həyati təcrübə sayırdı.
Davamı

Bakı kəndlərinin tarixi

$
0
0
Bakı şəhəri ətrafında salınmış kəndlərin sayı ayrı-ayrı zamanlarda müxtəlif miqdarda göstərilirdi. I Pyotrun səfəri ərəfəsində Bakıda olmuş katolik missionerlərindən birinin yazdığına görə, Bakı əyalət şəhəridir və onun 34 kəndi vardır.1870-ci il siyahısında isə Bakıda 41 kənd olduğu qeyd edilir: Bibiheybət, Keşlə, Əhmədli (bəzi mənbələrdə isə bu Qulam Mahmud, ya da Küley Mahmud da adlanır), Zığ, Hövsan, Türkan, Zirə, Qala, Binə (yaxud Kürkənd), Suraxana, Əmirhacıyan, Ramana, Balaxana, Sabunçu, Bülbülə, Dərnəgül, Binəqədi, Digah, Məhəmmədli, Zabrat, Fatmayı, Novxana, Saray, Masazır, Corat, Goradil, Pirşağa, Kürdəxana, Maştağa, Nardaran, Bilgəh, Buzovna, Şağan, Mərdəkan, Güzdək, Hökməli, Xırdalan, Xoca Həsən, Pirəköşkül, Biləcəri, Qobu.
Davamı

Müasir İblis

$
0
0
 
"İblis nədir? 
                  — Cümlə xəyanətlərə bais..."
Oxudu təkrar-təkrar, oxudu aciz-aciz
Oxuyurdu cümləni, oxuyurdu qəzəblə,
Sonra səmaya baxıb «Yox, mən deyiləm belə»
Dedi pıçıltı ilə. Xəstəxana önündə
Bircə kitab əlində
Gəlmiş idi aparsın evə öz arvadını.
Abort ilə götürdüb növbəti uşağını.
Evdə onları gözlər kiçik bircə balası,
İkinci uşağasa çatmır əmək parası.
Kitabısa almışdır metronun çıxışında
Cəmi iki manata adsız qoca dayıdan.
Gözləri sataşmışdır, sanki gördü özünü,
O qədər adlar içrə sezib "İblis" sözünü.
Sayırdı o özünü qatili diləklərin:
— Hanı bəs yeddi oğul? Hanı bircə qız-gəlin?
Düşündü biixtiyar məktəbdəki illəri.
Heç önəmsəmədiyi şeirdən sətrləri
Gülüb özünə dedi: «Sən niyə ağlayırsan?
Fəhlə, özünü sən də bir insanmı sanırsan?!»
Bu zamansa arvadı enirdi pilləkəni,
Cənnətə təhvil verib doğulmayan körpəni.
Qəlbində utanc hissi, gəldi əri tərəfə,
Salam-kəlamsız dedi «Nə olar, gedək evə.»
Fəhlə dedi qəlbində «Bağışla, Allah, məni.
Kaş gələrkən mən bura kəsərdin dizlərimi.»
Ancaq bilirdi fəhlə bu peşmançılıq hədər:
Çünki dönmür Cənnətdən geri körpə mələklər.
Abort edib uşağı gedirdilər vaqona,
Körpə səmaya doğru, onlar — yerin altına.

Cavidan Hacıyev

Keçmiş sevgilimi necə geri qazanım?

$
0
0
Keçmiş sevgilinizə hələ də aşiqsiniz, lakin bir problem var: ayrılmısınız. Daha xoşbəxt ola biləcəyiniz birinin varlığına da şübhə edirsiniz. Elə isə nə etməli? Onu geri qaytarmaq lazımdır. 

İlk növbədə baxımlı olmağınız şərtdir. Əvvəlcə özünüzə əvvəlkindən daha çox diqqət göstərməlisiniz. Sizi gördükdə nə hala düşəcəyi, çaşacağı və nələri itirdiyinin fərqinə varmalıdır. Geyim tərzinizdən makiyajınıza qədər hər baxımdan özünüzə qarşı diqqətli olun.

Bağışlamağı öyrənin
Onu geri qazanmanın ikinci addımında bağışlamaq var. Bir-birinizi bağışlayacağınız təqdirdə yenidən bir araya gələ bilərsiniz. Onu bağışladığınızı hiss etdirin və buzları əridin.
Davamı

Bakterial vaginoz

$
0
0
Bakterial vaginoz yaxud qardnerellyoz dedikdə uşaqlıq yolu disbakteriozu nəzərdə tutulur. Xəstəliyin törədicisi qardnerella vaginalis adlanan bakteriyadır. Əsasən cinsi partnyorunu tez-tez dəyişən, hormonal və antibiotik tərkibli vaginal şamlardan uzun müddət və ya tez-tez istifadə edən, şəxsi gigiyenaya əməl etmiyən insanlarda rast gəlinir.

Törədici bakterialar uşaqlıq yolunda artıb çoxalaraq öz həyat fəaliyyəti məhsulları (ifrazatları)ilə, normal halda qadın uşaqlıq yollarında yaşayan və qadının sağlamlığı üçün zəruri olan bakteriaların məhvinə səbəb olur.
Davamı

Ekspress sıyıq

$
0
0
Hər bir valideynə məlumdur ki, uşaqlar eynilikdən tez yorulur və müxtəlifliyi çox sevirlər. Hər səhər eyni qəhvəaltıları etmək hətta böyüklər üçün də cansıxıcı təəssürat verir. Yəqin ki, bu səbəbdən insanların çoxu səhərlər nə yeyəcəklərinə qərar vermədiklərindən qəhvəaltını ötürməyə üstünlük verirlər.

Əksər ailələr “səhərlər tez və sağlam nə yeyək?” sualı ilə üzləşirlər. Faydalı, rəngarəng, tez və asan ərsəyə gələn səhər yeməyi bütün ailəni sevindirəcəkdir. Hazırlanması asan və az vaxt tələb etdiyindən bunu hətta atalar da edə bilərlər. Stəkanda lay-lay hazırlanan sıyıq istənilən ailə üzvünün zövqünü oxşayacaqdır.
Davamı
Viewing all 12254 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>