Quantcast
Channel: Kayzen
Viewing all 12254 articles
Browse latest View live

Taosizm

$
0
0
Taoizm, yaxud Daoizm eradan əvvəl 517-ci ildə dünyadan köçmüş filosof Laotseyə mənsubdur. Onun həqiqətən mövcud oması, ya- xud tam əfsanəvi şəxs olması sahəsində alimlər arasında ciddi fikir ayrılıqları mövcuddur. Dini adət-ənənə və tarix nöqteyi nəzərindən o eradan əvvəl 604-cü ildə Çində dünyaya gəlmişdir və ömrünün bir hissəsini şahın sarayında sənədlərin saxlanıldığı yerin, dövlət arxivi- nin başçısı vəzifəsində çalışmışdır. Bir müddət bu vəzifədə çalışdıq- dan sonra işindən istefa vermişdir və ruhi paklığını kamilləşdirmək üçün bu işlərini, hətta təhsilini belə dayandırmışdır və evdə xəlvətə çəkilmişdir. İnsanlar onun barəsində maraqlanmağa başladılar və onun düşüncələri ilə tanış olmaq üçün görüşünə tələsdilər. Qeyd et- mək lazımdır ki, Konfutsi də onun görüşünə getmişdir.
Davamı

Sintoizm

$
0
0
“Tanrıların yolu” mənasını verən Sinto Yaponiyanın qədimi dinlərindəndir. Bu dinin təlimlərinə əsasən Günəş İlahəsi Amaterasu əcdadlardan qalan torpaqların qoruyucusudur və imperator ailəsinin bu Tanrının nəslindən olduğu və onun təcəssümü olduğu bildirilir.
Davamı

Alınma sözlər: nə qədər və necə almalıyıq?

$
0
0
 Dünyada elə bir dil yoxdur ki, başqa dillərdən söz almasın. Qloballaşan dünyada bu, qaçılmaz prosesdir. Müstəqillikdən sonra dilimizə yüzlərlə söz daxil olub. Bu sözlərin çoxunun dilimizdə qarşılığını tapa bilməməyimiz köklü problemdir. Mütəxəssislər düşünürlər ki, bir çox alınma sözləri öz sözlərimizlə uğurla əvəz etmək mümkündür. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli bildirir ki, terminalma prosesi hər bir dilin ümumi inkişafı ilə bağlıdır, eləcə də dilin zənginləşmə yollarından biridir: “Amma bu prosesdə kortəbiiliyə yol vermək olmaz. Dilimizin fonetik, morfoloji strukturuna uyğun gələn, dünyəvi mahiyyət daşıyan alınma sözlərin və terminlərin istifadəsinə üstünlük vermək gərəkdir.
Davamı

Zeytun yarpağından çay

$
0
0
Zeytun yarpağı hələ çox qədimlərdən müalicə məqsədi ilə istifadə olunub amma bu yarpaq haqqında həmişə araşdırmalar aparıldığından məlumatları da yeniləmək lazımdır. Zeytun yarpağı, şəkəri və qan təzyiqini aşağı salır, bu demək deyilki şəkəri və təzyiqi normal olanlar istifadə etməməlidirlər, xeyr istifadə edilməlidir sadəcə 1 stəkan dəmləməsinə 1 çay qaşığı bal qarışdırıb istifadə edəndə şəkər və təzyiq daimi normada olur.

Zeytun yarpağı qaraciyərin dostudur, qaraciyər piylənməsində, hepatitlərdə, öd durğunluğunda, yüksək xolesterində, yüksəlmiş lipidlərdə (ALT, AST, TRİQLİSERİDLƏRDƏ) yüksəlmə varsa zeytun yarpağından hazırlanan çay idealdır. Zeytun yarpağı həmdə ürəyimizin dostudur qan damarlarını açır, qan dövranını yaxşılaşdırır, bədən soyuqluğu, reyno sindromu, ateroskleroz və infarkt keçirmiş adamlar üçün çayın içilməsi tövsiyyə edilir.
Davamı

Özünüzə inanmaq üçün bu vərdişlərdən imtina edin

$
0
0
1. Günahkarlıq hissi
Günah hissinə bir çoxumuzun uşaqlıqdan öyrədilirik. “Yeməyini ye, yoxsa arxandan ağlayar” və ya “Mən sənin üçün saçımı süpürgə edirəm, sən isə bu vəziyyətdə şikayət edirsən?” cümlələrini hamımız eşitmişik. Böyüdükcə isə bu cümlələr bizim daha da dərinimizdə yuva salaraq, güvənsizlik yaşamağınıza səbəb olur. Günahkarlıq hissi başqalarını bilərək incitməməkdə və ya ən dərindəki dəyərlərinizi heçə saymamaqda sizə kömək edə bilər. Ancaq həddindən çox günahkarlıq hissi həyatın bütün sevincini alıb aparır. Günahkarlığın bir çox növü vardır, tədqiqatlar isə bu növlər arasında tək bir günahkarlıq duyğusunun yaxşı olduğunu söyləyir; o da etdiyiniz zərərverici bir hərəkətin ardından duyulan günahkarlıq hissidir. Dəyər verdiyiniz birinə yalan söylədikdən və ya eqoist, alçaldıcı davrandıqdan sonra hiss edilən günahkarlıq duyğusu, eyni davranışı təkrarlamağınıza mane olur və peşmanlıq hiss etdirir. Digər bir çox günah hissi isə belə bir təsirə sahib deyil. Keçmişdəki səhvlərinizdən dərs çıxarın və həyatın sizə verdiyi hədiyyələrin, gözəlliklərin qiymətini bilin.
Davamı

İstilik sistemləri sağlamlığa zərər vurur

$
0
0
Soyuq fəsillərdə evləri qızdırmaq üçün müxtəlif istilik sistemlərindən (kombi, kondisioner, kamin) istifadə olunur. Lakin bizə istilik bəxş etməklə bu sistemlər evin havasını qurudur və bununla da sağlamlığımızda bəzi problemlər yaradır.

Orqanizmin müdafiə sistemi olan burun, ağız boşluğu, nəfəs yollarının selikli qişaları bizi infeksiya və mikroblardan qoruyur. Virus və mikroblar selikli qişalara düşərək burada «ilişir» və məhv olur. Evin havası quru olanda bu, selikli qişaların qurumasına səbəb olur ki, onlar artıq öz müdafiə funksiyasını normal yerinə yetirə bilmir. Bu isə soyuqdəymə və qrip xəstəliklərinin inkişafı riskini artırır.
Davamı

Dilbər dodağı

$
0
0
Ərzaqlar:
5 stəkan un
2 yumurta
1 stəkan qatıq
1 stəkan duru yağ
1 xörək qaşığı sirkə
1 qabartma tozu
1 çay qaşığı duz
İri doğranmış qoz
Xəmiri asan açmaq üçün qarğıdalı nişastası

Davamı

Den Mörfi (Dul qadının etirazı) | Mark Tven

$
0
0
“Bu illər ərzində, mənim diqqətimi çəkən ən qəmgin əhvalatlardan biri də müharibə dövründə burada- Karninq şəhərində baş vermişdi”- bunu deyən bankirin işçisi sözə başladı.

“Den Mörfi adlı bir gənc, könüllü olaraq ordu sıralarına yazılmış və böyük cəsarətlə vuruşmuşdu. Bütün yoldaşları onun xətrini çox istəyirdi. Elə buna görə də, aldığı yara onu zəiflədib əldən salanda, hətta tüfəng də onun üçün ağır bir yük olanda, silahdaşları sözü bir yerə qoyaraq, ona orduda satıcı kimi işləməyi təklif etdilər. Bundan sonra pul qazanmağa başlayan Den pul yığmaq üçün həyat yoldaşına göndərərdi. Bu illər ərzində paltar yuyub ütüləməklə dolanan bu qadının qazandığı ağır təcrübə ona pulu necə saxlamağı çox yaxşı öyrətmişdi. Necə deyərlər, qəpiyinin də qədrini bilirdi.
Davamı

Butch Cassidy – əfsanəvi bank qarətçisi

$
0
0
Butch Cassidy məşhur amerikalı bank, qatar qarətçisi və “Vəhşi dəstə” adlı quldur dəstəsinin lideri idi.
Butch 13 aprel 1866-cı ildə Yuta ştatında Robert Leroy Parker adı ilə dünyaya gəlir. O İngiltərə əsilli ailənin 13 övladının ilki idi. Butch uşaqlıq illərini valideynlərinin Ohayo ştatında yerləşən imarətində keçirmişdi. Öz karyerasını kriminal aləmdə başlamadan öncə butch-cassidy-1900maldarlıq ilə məşğul olurdu.

Onun yazılı sənədlərin də sübut etdiyi ilk cinayəti 1889-cu ildə Kolorado ştatında Tellurayd şəhərində yerləşən “San Miguel Valley Bank”-a edilən hücum olur. Bu zaman o 20 000 dollar apara bilmişdi. 1884-1886-cı illərdə at oğurluğu səbəbindən iki ilini həbsdə keçirməyə məcbur olur. Azadlığa çıxan Butch “Vəhşi dəstə” adlı quldur dəstəsini yaradır. Bu quldur dəstəsinin ən məşhur üzvü Harri Longbau idi.
Davamı

Şu yolların çilesi/Şiringül Musayeva.

$
0
0
ŞEİRLİ ROMAN: ŞU YOLLARIN ÇİLESİ — Şiringül Musayeva
  Şu yolların çilesi — Şiringül Musayeva ( yeni roman, 1-ci hissə ) ....

                                Karda, kışda, kar yolları kesende,
                                Egribelde dağ rüzgarı esende,
                                Kırat gelir, murat olur desen de…
                                Yoldaş heç durmasın yoldan yol alsın.

 Eğribel Təpəsindən baxanda yollar çox qəribə görünürdü; bəzən dümdüz uzanır, bəzən də ilan kimi qıvrılırdı.Uşaq vaxtı böyük maraqla baxardı yollara; nə vaxtsa böyüyüb yekə kişi olacağını və bu yollarla uzaq-uzaq yerlərə gedəcəyini hiss edərdi: düşünməzdi yollar kim tərəfindən və nə vaxt salınıb, çünki elə gözünü açandan, özünü tanıyandan yolları beləcə haralarasa- bilinməz məkanlara uzanan görmüşdü. O bilinməz məkanlar çox sirli-sehrliydi və bilinməz xoşbəxtliklərdən xəbər verirdi. Orada –o yolların getdiyi son nöqtələrdə-sirli sehrli dünyalarda saysız-hesabsız arzular çağlayırdı, saysız-hesabsız maraqlı insanlar var idi.
 Min illərdir, hətta milyon illərdir bu yollar beləcə uzanıb gəlirdi, lap elə insanlığın ötəsindən gəlirdi və özü ilə insanlığın solmaz,soyumaz arzularını daşıyıb gətirirdi və həm də daşıyıb gələcəyə -tayı-bərabəri olmayan, mübhəm duyğularla dolub-daşan gələcəyə aparırdı.Həmişə bu yolları seyr edəndə qəlbində anlaşılmaz bir kədər hiss edərdi.
 Yollar...Kİmlər gəlmiş, kimlər keçmiş bu yollardan. Bəlkə, elə yollar bəşəriyyətin keçmişindən gələcəyinə uzanıb gedir belə… Bəlkə də, nə vaxtsa bu yollarda Koroğlu və onun dəliləri addımlamışdır; Toxmaqvuran, Halaypozan, Tüpdağıdan, Dəmirçioğlu, Dəli Həsən, Eyvaz-üzləri günəşin istisindən yanmış qaralmışdır, amma bu yollarda əzəmətlə addımlamışlar.Gözəllər gözəli, Koroğlu yarı Nigar da bu yollarla addımlamış olar.Tarixin o qədər müəmmaları var ki...nəyi bizə olduğu kimi xəbər verir ki...Hələ də bilmirik Koroğlu əslən hansı eldən,hansı mahaldandır.Bu yolların dilini anlasaq onlar bizə kimlərdən xəbər verməz ki...
 Artıq İyirmi beş yaşı var, artıq bu yolların bir yolçusudur, amma yenə də Egribeldə durmaqdan, göy çəmənlərin, dağların, təpələrin arası ilə burulub gedən, əlləri sonsuzluğa uzanan bu qərib yolları seyr etməkdən doymur. Hikmət havanın soyuq olduğunun fərqinə vardı: üşüyürdü. Aralıdan yamyaşıl görünən Egribel Təpəsi hələ tam göyərməmişdi; həmişə bu vaxtlar tək-tək gözə dəyən sarı çiçəklər, mor bənövşələr gözə dəymirdi,bahar bu il nədənsə gecikirdi, deyən.Çox sevərdi sarı çiçəkləri, mor bənövşələri; bilirdi ki, onlar gözə dəyəndən çox yox, oncaca gün sonra Egribeldə gül-gülü çağıracaq, bülbül də bülbülü; onların gözə dəyməsindən az sonra buralarda bahar sanki bir vulkan kimi partlayacaq; hər tərəf yamyaşıl, adam boyu qalxmış ota,gül-çiçəyə bürünəcək,dağlarda bir büsat başlayacaq ki, gəl görəsən; hər tərəfdə quzular mələşəcək, qız-gəlin dəstə-dəstə seyrə çıxacaq,çobanlar bahar havasından şövqə gəlib dünyanın ən bənzərsiz mahnılarını adicə bir qamış parçasında səsləndirəcəklər...hava xoşbəxtlik qoxuyacaq, bahar qoxuyacaq. Baxmayaraq ki, Şebinkarahisar’da hamının gözəl, bulutlu meyvə bağı, Şebingülü baxçası var, amma Şebinkarahisar camaatı bu dağlarsız, Egribel’siz, Çobanlar Çeşməsi, Sarıçiçək yaylası, Tamzara, Dikmetaş, Altınova, Karşıkaya, Avutmuş, Köprübaşı Bağlar, Kılıckaya Barajgölü, Altıntepsi ovası olmadan keçinə bilməz; dağlar onların həm özlərinin, həm qoyun-quzularının, həm də gözəl gözlü cocuqlarının məskənidir. Bir azdan camaat axın-axın bu yaylaqlara ,dağlara yayılacaq;kimi çiçək,kimi səbzə toplayacaq.
 Birdən Hikmet’in gözü qayanın dibində açmış bir topa bənövşəyə, elə ondan bir az da aralıda bir topa sarı çiçəyə sataşdı.Sevinclə çiçəklərə sarı əyildi: -Ah, açmısız demək-damağında bir azdan buraları bürüyəcək isti yaz-yay günlərinin ləzzətini hiss etdi,istədi onları dərsin, qıyamadı. Qayanın üstündə əyləşdi. Burdan ovuc içi kimi görünən kəndlərini seyr etdi; budur, kənd məktəbi, məcsid, klub, kəndin içində yerləşən bulaqlar; qıız-gəlinin bər-bəzəkli pal- paltarı kəndin yaxasına səpilmiş çiçək kimi aralıdan belə diqqəti cəlb edir. Hələ bağ- baxça yaşıllaşmayıb,amma bir azdan yaşıllaşacaq və onda, elə bil, kəndi yaşıl topa buludlar bürüyəcək;şebingüllər açandan sonra isə kənd bir cənnət misalında görünəcək; kəndi misilsiz xoş bir ətir bürüyəcək,hətta bu ətir hərdənbir əsən küləklər vasitəsi ilə Egribelin ötəsində də hiss olunacaq,buralara hardansa yolu düşmüş yad ölkə adamı: ” Özümü lap cənnətdə hiss etdim, əfəndim ”-deyəcəkdir.
 Hə...belə...belə ..işlər...Dağlar, dərələr həminkidir, amma zaman həminki deyil. Uşaq vaxtı...elə də uzaq deyil ,amma bir saniyəsini də geri qaytarmaq mümkün deyil. Bu dağlara:dərələrə,yaylalara, Şebinkarahisara qayıtmaq olur, amma uşaqlığa qayıtmaq olmur. Zaman və Məkan...Məkana qayıtmaq olur, zamana qayıtmaq isə mümkünsüzdür, baxmayaraq hər şey yerində durub,həminkidir, hətta babası, nənəsi də həminkidir, amma zaman həminki deyil.Çox qəribədir və çox müəmmalıdır...Görən hər yay bu kəndə, bu elə-obaya,evlərinə qayıtdığı kimi uşaqlığına da qayıda bilsəydi nə olardı? Həyat, bəlkə də, çox maraqlı olardı. Bəlkə də, insanlar nə vaxtsa bunu da bacaracaqlar, amma çox heyif ki, indi bunu bacarmırlar. Çox qəribədir; insan həyatı bir ox kimi yayından çıxır və yalnız irəliyə şığıyır, geriyə heç bir dönüş yoxdur, insan yalnız irəliyə getməlidir...irəliyə. Dünyanın gərdişi belə nizamlanıb. Görən, bu gərdiş niyə belə nizamlanıb və nə vaxtdan hərəkətə başlayıb?
 İnsanlar çoxdur, lap çoxdur, ayağı altında bitən otlar, güllər çiçəklər də çoxdur, lap çoxdur, amma heç biri təzədən dünyaya gəlmir. Hər dəqiqə Çobanlar Çeşməsinin gözündən yeni sular axır. Möhtəşəmdir...Amma Yer, Günəş, Ay, məsələn ulduzlar, bu üstündə oturduğu təpə--Egribel Təpəsi, Çobanlar Çeşməsi, ötədən görünən Sarıçiçək yaylası, bu uzanıb gedən dolam-dolam yollar isə həminkidir. Otlar, çiçəklər, insanlar müəyyən vaxtdan sonra yox olub gedir, Günəş isə hər bahar beləcə sevinclə, gülümsünərək göydən baxır. Görən Hikməti tanıyırmı, Hikmət onu tanıdığı kimi o da Hikməti tanıyırmı ?Ələlxüsus, sevirmi? Axı Hikmət onu çox sevir, ta uşaqlıqdan sevir, indi də sevir, yəqin ki, qocalanda da sevəcək. Osa bu qədər insanı sevə bilərmi? Bəlkə də… ...Necə ki Allah bütün yaranmışları, o cümlədən insanları ta qədimdən bu günə qədər sevir, həm də idarə edir, Günəş də eləcə, onları sevir. Bu iş onlar üçün elə də çətin olamaz, çünki onlar çox böyük nəsnələrdir, möhtəşəm, böyük işlərə qabildirlər. Nə isə… Bütün dünya çox müəmmalıdır. Budur, keçmişdə yaşayan insanlardan fərqli olaraq o bilir ki,Yer kürəsi, bütün planetlər öz oxu ətrafında fırlanır, hətta Günəş də öz oxu ətrafında fırlanır, hətta başqa kalaktikalar da var, amma bütün bunlar heç də dünyanın sirlərini, müəmmalarını onun gözündə açmayıb. İnsanlar min illərdir bu müəmmalar üzərində baş sındırırlar və hələ min illər, bəlkə milyon illər də baş sındıracaqlar.Amma… Qəribədir, insan heç gələcəyi bilməz, amma keçmişi bildiyini idia edir.Halbuki insanın yaşadığı müddət bu sonsuz aləmin, ələlxüsus, zamanın müqabilində elə qısa vaxt kəsiyidir ki...Və ən qəribəsi odur ki, insan nədənsə bilinməz, mübhəm gələcəyi daha çox fikirləşir,ona doğru can atır,onu xəyalları ilə bəzəyir və möhtəşəm bir dünya yaradır öz içində. Əslindəsə, insan eləcə bu gündən qopub ayrılır, bəlkə...İndini az düşünür, keçmişi elə-belə,hərdənbir. İnsanın fikirləri də həyatı, ömrü kimi ancaq gələcəyə istiqamət götürüb. Nə əcəb, alimlər insanı bir yerdə durdurmaq barədə fikirləşmirlər.Bəlkə, bu insanın yaradılışına ziddir,onun üçün.Nə isə...
                                                     ……… ...

                                          Kutlu doğum sardı,sar benligimi,
                                          Dualarla süslü gör günlügümü,
                                          Nurlu sabahlara ser önlügümü..
                                          İçindeyem her dem bil, Şebingülüm. 

 Özlem bu səhər yuxudan qəribə bir həyəcan içində,nədənsə ,tez oyandı.Oyanan kimi qəlbində qəribə bir fərəh hiss etdi.Əslində elə ,o ,həmişə qəlbində bir fərəh hiss edərdi,bu səhər isə bu fərəh,sevinc coşub çağlayırdı, sanki. Yuxudan duran kimi yadına düşdü ki,artıq bahardır və bağçalarında çiçəklər açıb ,yəqin və həmin çiçəklərdən dərib dəstə bağlamaq,güldanda suya qoymaq ,nənəsini heyrətləndirmək üçün cəld bağa cumdu.Səhərdən bəri beş dəfə bağı dolansa da heç bir çiçək tapmamışdı;bağ elə bil yuxuya dalmışdı;ağaclar yarpaqlasa da çiçəkdən,güldən hələ heç bir əsər-əlamət yox idi.
 Amma qız heç kədərlənmədi,çünki kədərlənməyə dəyməzdi,keçən ilki təcrübələrinə əsasən bilirdi ki,sarı çiçəklər, mor bənövşələr bir azdan açacaq və qız indidən qəlbində günlü –günəşli,çiçəkli-böcəkli, isti yaz-yay günlərinin sevincini duyurdu. Hava çox gözəldi, Günəşin zərrin şəfəqləri havanı qəribə parıltılara qərq etmişdi.Özləm otların, çiçəklərin üstündə bərq vuran şəfəqləri görüb gülümsündü.Hələ otların üstündəki şehlər qurumamışdı. Almaz kimi bərq vuran şəfəqlər onun yadına Günəşi saldı, başını qaldırıb Günəşə baxdı; Günəş al şəfəqləri ilə onu salamlasa da gözünün içinə baxmağa imkan vermədi.Həmişə təkrar-təkrar Günəşin gözünə baxmağa çalışardı, bu günsə artıq bunun mümkün olmadığını dərk etdiyi üçün cəhd etmədi.
 Bağın yuxarı başındakı təpəciyə sarı qaçdı: bəlkə orda çiçəklər açıb artıq. Burda da heç bir çiçək yox idi.Qız təpəcikdə əyləşdi. Keçən illərdə həmişə bu təpəciyə çıxar və oradan üzüaşağı çox sürətlə qaçardı;təpəcik özü onun qaçışını sürətləndirərdi.Bu ilsə qaçmaqdan vaz keşdi;özünü böyük qız kimi hiss edirdi ,bu hiss ona sevinc verirdi və istəyirdi təpəcik də, bağdakı ağaclar da onun artıq böyüməsini hiss etsinlər.
 Özləm birdən bağda darıxdı və Çobanlar Çeşməsinə getmək qərarına gəldi. Yolboyu yan-yörəsində uçuşan kəpənəkləri qovaraq Çobanlar Çeşməsinə yollandı.
 Budur, Çobanlar Çeşməsi...Nədənsə, bulaq qıza tənha göründü: qəribə bir acıma hissi duydu bulağa qarşı.Bulağın gözünə enib əl üzünü yudu və bulağın başında əyləşdi;axıb gedən sulara tamaşa etməyə başladı. Birdən lap qulağının dibindəcə bir səs eşidib diksindi:
 -Gözəl qız, burda nə edirsən?
 Qız qarşısında dayanmış oğlanı-Hikməti görüb heyrətləndi.
 -Sənə nə var- ərköyünlük və dikbaşlıqla cavab verdi.
 Hikmət gülümsündü -Sən, Özləm deyilsən? -
  ...
Adımı hardan bilir?-Qız düşündü
 -Mən babanın dostuyam-Hikmətəm. Tanımadın məni?
-Yox
 -Oynamaqdan bir başın açılır ki, adam da tanıyasan. Babanla neçə dəfə sizə gəlmişəm ,sürünün yanında da olmuşam-elə keçən il,sən də ordaydın; ayağını əzmişdin, səni evinizə mən apardım, maşınla.
Qız xatırladı.
-Aha…
-Özləm, burada nə edirsən?
-Gəldim ki,görüm sarı çiçəklər,bənövşələr açıbmı?
Hikmət gülümsündü.
-Tək-tək gözə dəyirlər. Qayanın altında var.Baxmaq istəyirsənmi?
 Qız başı ilə” Hə “cavabı verdi və cəld bulağın başından ayağa durdu.
 Hikmət heyrətləndi;necə də böyümüş və gözəlləşmişdi.Elə keçən il bu vaxt günün altında hərlənməkdən yanmış qaralmış balaca, dikburun bir qızdı.İndisə xurmayı saçları çiyinlərinə dağılmışdı, boyu ucalmış, beli inçəlmişdi, gözləri sirli bir şəfəq saçırdı, füsunkar dodaqları, yanaqları eynən Şebingülü rəngindəydi.
 Onlar Qayaya yaxınlaşdılar. Qız çiçəkləri görüb heyrətə gəldi. Çəld bir neçə çiçək üzdü.
 -Nənəmə aparacam- dedi-o, bənövşələri çox sevir.
-Oturaqmı bir az…
 Onlar qayanın üstündə oturdular.
 -Babamla hər yay bura gəlirik, Süsən də, Mustafa da gəlir. Biz həmişə bu qayaya çıxıb üzüaşağı qaçırıq,burdan bərk qaçmaq olur. Mən hamıdan bərk qaçıram. Babam da həmişə bizə acıqlanır:”Ehtiyatlı olun, ayağınızı qırarsınız”
 ...-Böyüsə də hələ uşaq ağlındadır-Hikmət düşündü, qıza döndü:-Ayağını da yəqin qaçanda əzmişdin.
 -Hə ,amma burda yox, Sarıçiçək yaylasında.Ora da mənim çox xoşuma gəlir; hər tərəf sapsarı çiçək olur; arılar da vız-vız vızıldaşır, arıların səsi də mənim xoşuma gəlir, elə bil yorulmadan mahnı oxuyurlar.
 Hava çox gözəl idi. Günəş artıq xeyli qalxmış, hava isinmişdi. Nədənsə, Hikmət heç evə getmək istəmirdi. Onlar bir xeyli çəmənlərdə dolaşdılar.
 -Özləm-Hikmət birdən ayaq saxlayıb ona sarı döndü
 -Hə-keçən ilki uşaq ədası ilə dedi.
 -Hə yox, bəli.Özləm ,sən bu yerlərə tək gəlmə ,əmin qızı Süsənlə,kiçik qardaşların Mustafa və Paşa ilə, böyük qızlarla gəl yaxşımı?-İstədi desin mənimlə gəl ,demədi: qızı ürküdəcəyindən qorxdu.
 -Biz keçən il Xumarla-bibim qızı ilə gəlirdik.O, qonşu qızları da çağırırdı.Onlar böyük qızlardır.Səbzə, çiçək toplayırdıq, nənəm həmin səbzələrdən kətə bişirirdi. Çiçəkləri də eyvanda, otaqlarda suya qoyurduq. Bütün yayı evimizdə çiçək olurdu.Hətta burada ortada qaldı da oynayırdıq.Doğrudan da,Xumarla gəlmək maraqlı olar.
 -Amma sən indi böyümüsən, mənimlə də gələ bilərsən.
 -...
 -Özləm,sən çox gözəl qız olmusan;yanaqların ,dodaqların qızılgülə oxşayır, eynən qızılgül rəngindədir. Qız mat-mat onun üzünə baxırdı.Birdən- birə bir qorxu hiss etdi.Görən, bu nəyin qorxusu idi belə?
 -Mən gözəl deyiləm-dedi və artıq görünməkdə olan evlərinə tərəf qaçdı.
 Hikmət bir xeyli onun ardınca baxdı ...Çox..çox ...gözəl bir qız olub...- düşündü.Və Hikmət içində qəribə bir duyğunun baş qaldırdığını hiss etdi.Hiss etdi ki, qızı əldən buraxası deyil, buraxmayacaq da; hələ şəhərdə çox...lap çox işləri var, qız hələ çox lap çox uşaqdır, amma Hikmət qəlbində qəribə bir təlatüm hiss edir:anındaca içində nə isə silkələndi oyandı, artıq uzun-uzadı yollara baxmaq, dünyanın gərdişini heç fikirləşmək istəmir,bu dəm ancaq bu qızı fikirləşir və indicə ondan uzaqlaşan qızı görmək üçün qəlbində bir həsrət duyur.
 Evə gəldi.Özünün belə anlamadığı bir təlaşla qab-qacağı danqıldatdı,ocaqda nə isə bişirən nənəsinin burnunu sıxdı
 -Nə bişirmisən, ay nənə -deyərək soruşdu.
 Nənəsi deyəsən onun təlaşını hiss etmədi
-Gəl,ay saqqalı ağarmış, gəl- dedi,-gəl otur,kükü bişirmişəm ye, ağzın dada gəlsin.
Oturub kükü yedi.İnsafən yemək çox dadlı idi.Yeməkdən sonra otağına qalxıb bir az uzandı. Qızın xəyalı heç gözləri önündən çəkilmirdi.Görən onu necə görə bilər,ürkütmədən,qorxutmadan ona necə yaxınlaşa bilər..Kitab rəfindən bir kitab götürüb vərəqlədi,kitab ona darıxdırıcı gəldi, qatlayıb kənara qoydu,Özləmi düşündü:görən, o, bədii kitab,ümumiyyətlə, şeir oxuyurmu?Səhər mütləq Özləmgil tərəfə keçəcək,lazım gəlsə evlərinə gedəcək,həmişə getdiyi ev deyilmi,babası ilə söhbət adı ilə kedəcək,qızı görəcək, ona mütləq şeirdən,kitabdan söhbət açacaq.Yeniyetmə qızlar çox romantik olurlar;olmaz ki,o şeirdən,şairdən anlamasın, xatırladı; babası deyirdi: beşlə oxuyur.
 Səhər yuxudan gec oyandı: şəhər adətləri burada da özünü göstərirdi. Durub həyətə çıxdı.Hava bu gün dünənkindən günəşli idi.Əl-üzünü yuyub bir fincan çay içdi,nənəsinin təkidinə baxmayaraq çörək yemədi, iştahası yox idi Bağa düşdü.
 Bağ səliqə-səhmanlı idi;təzə-təzə tumurcuqlayan ağacların dibi bellənmiş,gövdələrinə əhəng belə sürtülmüşdü, babasının incə əl işləri hər addımda nəzərə çarpırdı.Budur, bu sırayla düzülmüş ağaclar alma ağaclarıdır, bunlar alça,bunlar heyva, bunlar da ərik. Babası hər ağaca diqqətlə qulluq göstərir, körpə bir şitilin üstündə onlar canlıymış kimi əsirdi.Nədənsə, babası bu yay çox qaşqabaqlıdır, dinib danışmır heç, bəlkə də, harasısa ağrıyır, ya da onun şəhərdə qalmaq məsələsindən sonra ondan belə-susmaqla acıq çıxır.Babadır, neyləmək olar?Torpağa,zəhmətə çox sıx bağlıdır. Babasının istəyiylə o, bu kənddə qalıb yaşaya bilməz ki...Artıq iyirmi birinci əsrdir,çobanlığın dövranı keçdi, indi dünyanı səyahətə çıxmaq, Aya, ulduzlara uçmaq vaxtıdır. Camaat Marsda torpaq almaq üçün növbəyə düzülüb.Hərçənd, bu özü də insanın hədsiz dikbaşlığından xəbər verir, amma hər nəysə insanın yaradılışı belədir, o keçmişə yox, gələcəyə can atır.İrəliyə can atanların biri də Hikmət’dir. Buna görə onu heç kim qınaya bilməz.Əslində, o, şəhərdə məhz babasını, Şebinkarahisar camaatını düşünüb qalır. Bu qədər gözəl torpaqlarda həyat yalnız üç ay qaynayır,qalan doqquz ayı insanlar dünyadan təcrid olunur, qar, çovğun yolları bağlayır,heç bir gediş- gəliş olmur.Bunu “Talehsizlik” adlandıranlar da var şəhərdə.Babası kimi sadə adamlar günahı övladların geriyə dönməməsində görür,amma başa düşmürlər ki,övladlar geriyə dönəndən sonra buradan çıxa bilmir,elə ilişib burada qalır və çoban olmaqdan, ya da bağ-bağça becərməkdən başqa yol tapmayırlar.Əlbəttə, çoban olmaqda heç bir qəbahət yoxdur,amma çoban Şebinkarahisara heç bir gün ağlaya bilmir, məsələ budur.Şebinkarahisarın isə dərdi böyükdür, Şebinkarahisar dünyadan təcrid olunub. Osa istəyir ki, şəhərdə işləsin, hansısa bir hökm yiyəsi olsun və Şebinkarahisar ile dünya arasına bir körpü salsın: həm mənəvi, həm də maddi. Bu böyük bir projedir, artıq bunu başlatmışdır.Və yüzlərlə Hikmət kimi davamçısı var. Onların məqsədi oxumaq, hökm yiyəsi olmaq və Şebinkarahisar ilə ölkənin digər bölgələri arasında, dünya arasında körpü salmaqdır

                          Kimi yanlış karar, kimi talihsizlik diyor… .. 
                          Kimi yanlış karar, kimi talihsizlik diyor... 
                          Konu bir türlü meclis gündemine getirilmiyor.
                         Oyanın, dinleyin, düşünün, bir yol bulalım... 
                         Oyun içinde oyun varsa bilelim. 
                         Tütünümüzle tüten, gönlümüzde yatan... 
                         Dillere destan bir tiyatro sanki, 
                         Sahnede şöhretli bir yar... 
                         Adı: Şebinkarahisar...

 Bu da gül bağçası; burada da xüsusi bir səliqə-səhman hökm sürürdü, babası gül bağçasına xüsusi bir diqqət yetirərdi, onların gül bağçası kənddə barmaqla sayılan gül bağçalarından idi. Nənəsinin bu güllərin bəzi növündən bişirdiyi gül mürəbbəsi də ki, heç yanda tapılmazdı. Nənəsi deyirdi ki, bu sahədə o çoxdan, lap çoxdan təkmilləşib, gül mürəbbəsinin ustası sayılır. Hərçənd, bu kənddə hansı qadını dindirsən elə özünü gül mürəbbəsinin, tut riçalının ustası sayır,amma insafən nənəsinin döşünə döyməsinə dəyərdi.Yaxın şəhərlərdən birində hansısa bir zavod elə nənəsinin resepti ilə gül mürəbbəsi istehsal etməyə başlayıb.Və bildiyinə görə çox da şöhrət tapıb,yaxın, uzaq ellərə gül mürəbbəsi ixrac edir.Nənəsinin deməyinə görə, onlar bu işi nənəsi kimi bacarmasa da ,qədərincə başarıyla davam etdirirlər.
 Acdığını hiss edib evə qayıtdı. Nənəsi süfrəni yığışdırmamışdı, bilirdi ki, Hikmət bağı fırlanıb acacaq və yemək istəyəcək.Nənəsi onu görüb səsləndi
 -Gəl,canım, gəl otur.
 -Babam hardadır.
 -Məcsidə tərəf getdi.
 -Nənə,babam ağrıyıb eləmir ki? Nədən belə qaşqabaqlıdır.
 -Eh bilmirsən babanı, deyir; Hikmət gərək oxuyub kəndə dönəydi. Fikir vermə, indi hansı zəmanədir. Mən istəyirəm sən şəhərdə qalasan və boynu qalstuklu kişilərdən olasan.
 Hikmet gülümsündü :
 -Sağ ol, ay nənə, nə yenilik var? Zavod yeni reseptlər istəmir ki?
 -Aradabir gəlirlər, canım. Bir neçə adamla iş bitmir,camaat- hamı yaxşı yaşamalıdır.Bölgə elə bil gözə -nəfsə gəlib.Gül kimi cavanlar çobanlıqdan başqa peşə seçə bilmir. Çünki dünyaya çıxış yoxdur,yol, riz yoxdur.Nə olsun qışı soyuq olur,başqa ölkələr Sibirdə şərait yaradır. Burada isə...

.                       … Gündüz baykuş endişesi,
                            Gece hasret düşüncesi
                            Yanğın yakmış, deprem yıxmış...

 -Amma, nənə,narahat olma.

                           Qürbet vurmuş, sel sürümüş olsa da…
                           Yeni umutlara gəbə hər köşesi
                           Kartal yuvasında sancı,
                           Yaxında doğuracaq
                           Hazırlıq yapsın hancı..
                           Uyansın köşe, bucaq. ...

  — İnşəAllah, aslanım, el-obanı sənin kimi oğullar ayağa qaldıracaq.
 -Nənə, yemək çox dadlı idi, çox sağ ol, mən də bir kəndə çıxım.

                                                   ………
                                Mavi gökyüzünde yıldızlar parlak,
                                Gökçe umutları göreceksiniz.
                                Sabredin, yakında doğacak şafak…
                                Hasretin tadına varacaksınız.…

 Hikmət çox fırlansa da Özləmi görə bilmədi. Nəhayət, Eğribel Təpəsinə Çobanlar Çeşməsinə tək getmək qərarına gəldi.
 Təpələrdə tək-tək qoyun sürüləri gözə dəyirdi.Göy üzündə buludlar bir- birini qovurdu.Aralıda isə uca dağ silsilələri görünürdü;budur, başı ağappaq qarla ortülü dağlar...Çoxdur dağlar və nədənsə hamısının duruşundan bir əzəmət tökülür.Qəlbində dağlara qarşı bilinməz, sirli bir məhəbbət hiss edir;deyən elə hamıda belədir,xalq arasında o qədər rəvayətlər dolaşır ki,dağlar haqqında, Camaat onlar haqqında rəvayətlər yaratmaqla öz hörmətini bildirib dağlara. Gözünü açıb bu dağları, çayları, dənizləri mövcud görən insan onları müqəddəs bilib və elə müqəddəsdir də.   Hikmət ilk gəncliyini-17-18 yaşlarını xatırladı; dünyanı, təbiəti yenicə duymağa başlamışdı; heyran-heyran bütün günü dağları dolaşar,göy üzünü, topa-topa göy üzündə süzən buludları, haralardansa dəstə-dəstə uçub gələn ördəkləri, qazları seyr edər, saatlarla bir dağ döşündə oturar, dünyanın o başından süzülüb gələn əsrarəngiz sirləri bütün iliklərində duyardı. Və içində bu dağlarla, dərələrlə, məsmavi göy üzü ilə bir kökdən yaranan, sirli qanunlarla bu dünyaya möhkəm-möhkəm bağlanan bir varlığın mövcudluğunu hiss edərdi.Bəzən içindəki varlığın eləcə dağları dolaşmaq,dağın –dərənin yetirib bitirdiyi qidalarla qidalanmaq, bir dağ döşündə mağarada gecələmək istəyinə heç təəccüblənməzdi. Hələ həyatı o qədər anlamasa da ,Təbiəti çox gözəl anlayır və ən qəribəsi Təbiətin də onu anladığını çox gözəl bilirdi.Təbiət o qədər sadə,o qədər möcüzəli və o qədər də məhrəm idi ki…
 Hə...belə-belə işlər...Uşaqlıqdan çox sevib bu dağları dolanmağı və dağları dolandıqca içinə bir güc, qüvvət axıb və bu güc,qüvvət də artıq onun yollarını müəyyənləşdirib .Budur, artıq Universiteti də, magistraturanı da bitirib, hətta şəhərdə işə də düzəlib, amma nədənsə içində hərdən bir tərəddüd duyur; babasının bir az qəmli, qayğılı surəti gözü önündən çəkilməyir. Bəlkə, babası da haqlıdır, yaxın yerlərdən birində işləmək, həftədə,ayda bir dəfə də evə gəlmək olardı.Olardı...lakin artıq qərarını verdiyini və fikrindən dönməyəcəyini də bilirdi.Çox istəyirdi nənəsinin arzularını doğrultsun. Kəndlərində ömür sürən, həyatında bəlkə bir dəfə də olsun kənddən kənara çıxmayan,təhsil almayan,amma dindirsən sinəsi sözlə dolub daşan,mərifətlə dolub-daşan insanları yaşatmaq istəyirdi əməllərində .Həmişə təəccüblənirdi :bu insanlar ömürlərində kənddən çıxmadıqları halda, indiki dövrün dili ilə desək dünyaya heç bir inteqrasiya olunmadıqları halda az qala bütün millətlər üçün etalon olan əzəli və əbədi ,bəşəri qanunları,hikmətləri hardan öyrəniblər?
 Doğrudan da ,insanlığın gözü ilə baxsan dünyada şox yox bir neçə əzəli və əbədi insanlıq qanunları var -əsrlərlə yaşayan və nəsillərlə bir-birinə ötürülən insanlıq qanunları .Bəzi üzdəniraq filosofların insanın zatən naqis olduğunu sübut etməsinə rəğmən insanlar içlərində hey yaxşıları yaşatmışlar,heç bir xalq gələcək nəsillərə oğurluğu ,əclaflığı,ikiüzlülüyü,yaltaqlığı təlqin etməyib.Heç bir şifahi xalq ədəbiyyatı nümunəsində;nağılda, bayatıda,rəvayətdə,dastanda buna rast gəlinmir.Belə olan halda insanı bəzən nədən naqis adlandırıblar görəsən?
 Çox müəmmalıdır .Nə isə....
 Ah, onun əziz,doğma kəndi- qışı qarı,çovğunuyla yazı- payızı uzun sürən yağışlarıyla,yayı yandırıcı istisiylə yaddaşını ,ömrünü cilalayan kəndi.Buludlu bağları,ətrafını bürüyən yamyaşıl bənzərsiz dağları ,zümrüd çəmənləriylə cənnətdən qopub gəlmiş bir parçadır sanki yer üzündə. Kənd təbiətini,kənd camaatını hədsiz sevsə də ona bəzən çox çətin və anlaşılmaz gəlirdi:necə ola bilər ki, biləsən ki, dünya belə böyükdür,əsrarəngizdir,dünyada minlərlə,milyonlarla insanlar var,xalqlar var:dünya başdan başa dənizlərdən,çaylardan,ucsuz,bucaqsız meşələrdən ,dağlardan,çəmənlərdən,şəhərlərdən, kəndlərdən ,ölkələrdən ibarətdir,amma bütün bunlara baxmayaraq, ilişib eləcə bir kənddə qalasan və ömründə oradan heç bir yana çıxmayasan.Nədənsə, bütün bunlar ona çətin gəlirdi və o təlatümlü gənclik coşqusuyla yeni üfüqlərə varmaq, yeni-yeni arzulara doğru qanadlanıb uçmaq istəyirdi. Çox cavan olmasına rəğmən ölümü,dünyanın faniliyini, insan həyatının gedəri olmasını- bütün bunları- bəşəri dərdləri düşünürdü.Və onu da bilirdi ki ,bunu tək o yox, zaman-zaman yaranmış bütün dühalar düşünüb:Dədə Ələsgərdən tutmuş,Aşıq Veysələ,Homerə,Höteyə,Heminqueyə qədər .Hansı düha bu bəşəri ağrıları hiss etməyib ki...Bəlkə də, elə bu acıları dərindən dərinə hiss etmək cilalayıb o dahilərin ruhunu.Ya da elə insanlıq,bəşəriyyətin yaşam tərzi,illərlə,əsrlərlə görüb götürdükləri,bir-birinə ötürdükləri,duyduqları özü bir dühadır -insanlığın dühası.
 İnsanlıq… Bu kənddə yaşayan sadə kənd camaatı nə qədər sadədir,nə qədər bir-birinə yanımcıldır:hər yay o kəndə gələndə az qala bütün kənd görüşünə gəlir,hamı onunla maraqlanır,onun əhvalının yaxşı olmasını istəyir,hamı ona ümüdlə baxır,hamı istəyir ki ,o, bu kəndin şanı və şöhrəti olsun,bu kəndin ümüdü olsun,bu kəndi dünyaya tanıtsın.O bu kəndin camaatının ürəyindən axıb gələn bulaq suyu,dağ havası kimi təmiz məhəbbəti elə aydınlıqla duyur ki...Və bilir ki artıq onun geriyə yolu yoxdur,o, doğrudan da ,oxumalı ,öyrənməli,bu elləri dünyaya tanıtmalıdır, bu el üçün nə isə etməlidir.Və nədənsə o buna əmindir,dünyaya nə isə bir yenilik gətirəcəyinə,bu yurd üçün nə isə edəcəyinə əmindir. O kənd camaatının yaşam tərzini,bir-birinə manasibətini,dünyaya baxışını seyr edir və bəzən düşünürdü ki ,bəşəriyyətin qlobal mədəniyyəti,humanizmi, saf duyğuları bəlkə də elə əl-ayaqdan uzaq bu kəndlərdə yaranır.Nə isə…
 Hava birdən-birə tutuldu,çox çəkmədi ki, şıdırğı yağış yağmağa başladı;sanki göydən minlərlə bulaq axıb tökülürdü,göy guruldayır,şimşək belə çaxırdı.Hikmet belə vaxtlarda ağac altında durmağın təhlükəli olduğunu bilirdi,odur ki ,tez özünü yaxınlıqdakı qayanın altına verdi. Qayanın ətrafından sular sel kimi axırdı.
 Çox keçmədi yağış birdən başladığı kimi birdən də dayandı, hava açıldı.Heç on dəqiqə keçmədi ki, Günəş göyün tən ortasındanca işıq saçmağa başladı. Hikmət qayanın dibindən çıxdı, ətrafa boylandı,bir az aralıda qoyun sürüsünü haylayan dostu-orta məktəbdə bir yerdə oxuduğu çoban Alını gördü.Addımlarını yeyinlədib Alıya çatdı.
 Alı ( çox gözəl şeirlər yazırdı)onu gülərüzlə qarşılasa da,nədənsə bikef ,pəjmürdə olduğu sezilirdi.
 -Alı, qəlbini sıxan nədir? .
 -Bir şey yoxdur.
 -Yenə.
 -Bilirsənmi, Hikmət, yorulmuşam.Həyat mənə maraqsız gəlir.Hər gün geyinib evdən çıxıram, bu çollər və düzlər, bu qoyunlar gördüklərimdir.İnsan bezir,bəzən başımı götürüb buralardan getmək istəyirəm. Nə boyda arzularım var idi, amma ...atamın yoxluğu,anamın xəstəliyi məni yolumdan saxladı. Əslində peşman deyiləm, anamın məndən başqa bir kimsəsi yox idi,amma...
 -Alı ,əgər məndən soruşsan sənin seçdiyin yol, tutduğun əməl ən gözəl yol, ən gözəl əməldir deyərdim. İnsan öz valideyinlərini ,qocalarını, kimsəsizlərini qoruyub qullanırsa nə gözəl. 

                                         Kırmayan dökmeyen dil aranırsa,
                                         Sağlam tutup saran el aranırsa,
                                         Aydınlığa varan yol aranırsa…
                                         Hakkın yolu en hakiki yol derim...

 -Amma başqa işlərlə də məşğul olmaq olar. Məsələn: gəl kənddə bir dərnək açaq- özəl yetənəklər dərnəyi.Başqan sən ol ,il boyu kənd camaatı ilə-cavanlarla maraqlan,istedadı olanları ətrafına topla, onların yaradıcılığı ilə məşğul ol ,-bir-birinizin yaradıcılığını təhlil edin ,öyrənin,yavaş-yavaş cilalanacaqsınız,-bir də baxacaqsan ki, ətrafında bir topa istedad var:onları üzə çıxartmaq,onlara istiqamət vermək bilsən necə gözəldir.Əslində, yaradıcı insan üçün şəhərdə yaşamaqdansa hansısa bir kənddə yaşamaq daha əlverişlidir.Əsas odur ki,sevdiyin işlə-yəni yaratmaqla məşğul olasan.Mən sizinlə əlaqə saxlayacam.Bir də gördün elə buradaca məşhurlaşdız.Sizdən intervyü almağa gələcəklər,ölkə mətbuatında işıqlandırılacaqsınız.Hər şey asandır,əsas odur,ümidini itirmə,nə iləsə məşğul ol.
 -Çox sağ ol Hikmət,üstümdən dağ götürüldü,yoxsa yaz at ora-bura, itsin batsın, adama ağrı verir. — Hər şey insanın əlindədir: elə bir çətinlik yoxdur ki,insan onun öhdəsindən gəlməsin.Yazdığın şeirləri də topala ver mənə ,mətbuata verəcəyəm.
 Alı əməlli –başlı sevinirdi.
 Hikmet üçün bundan qiymətli heç nə yox idi. ....

                                 Derd ortağın kimdir diye sorsalar,
                                 Bülbül derim, gülüm derim, gül derim.
                                Küp dolusu altın, gümüş verseler
                                Arzulara köklü çözüm bul derim.…

(ardı var -2-ci hissə) Not: ’’ ŞuYolların Çilesi ’’ isimli Şeirli Romanımda istifadə olunmuş şeirlər; tanınmış Türk Şairi Hikmet Okuyarındır. Müəllif: Şiringül Musayeva

Şu yolların çilesi/Şiringül Musayeva.

$
0
0
ŞU YOLLARIN ÇİLESİ — 2 / Şiringül Musayeva

'' Şu Yolların Çilesi '' isimli Şeirli Romanımın 2-ci Hissəsinde istifadə olunmuş şeirlər; tanınmış Türk Şairi Hikmet Okuyarındır. Şiringül Musayeva
......
ŞU YOLLARIN ÇİLESİ — 2 / Şiringül Musayeva 
......
Yüregim bülbül sana, güllerinde unuttum
Acıları aşqınla dillerinde unuttum
Ellerim bende degil, ellerinde unuttum
Bülbülce sevdaları güllerinde unuttum.
......
Hikmət  düz bir həftə hər gün geyinib kəndə çıxmasına baxmayaraq, Özlemi heç cür görə bilmirdi.Yaman yerdə axşamlamışdı :elə keçən il hər tində,bucaqda qarşısına çıxan qız gözəgörünməz birinə çevrilmişdi, heç cür gözə dəymirdi.Hikmət hara getsə ,kiminlə söhbət etsə də ancaq Özləmi düşünürdü: qəribədir, az qala gözü önündə böyüyən qız Hikmət üçün çox maraqlı birinə çevrilmişdi:qızın həyatının ən xırda detalları ilə maraqlanırdı.Bilirdi ki ,Özləm Hacı kişinin nəvəsidir və Hacı kişini də çox yaxşı tanıyırdı, amma indi öyrənmişdi ki, Hacı kişi kəndin ən adlı-sanlı ağsaqqallarındandır, üç oğlu var,üç də qızı ,ortancıl oğlu Əflatun onun ən dəli –dolu oğludur, Haçı kişi də vaxtı ilə çox dəli-dolu olub.Əflatunun düz yeddi il övladı olmayıb,yeddi ildən sonra Özləm anadan olub.O, anadan olanda düz yeddi qurban kəsiblər. Kənddə həmişə bu nəslin qıza da qurban kəsməsindən bəhs edirdilər,deyilənə görə Hacı kişi də üç qızının hər biri üçün anadan olanda qurban kəsib.Hətta indi də kənddə kim isə qızı doğulduğu üçün bikefləyəndə Hacı kişini ona misal çəkirlər.Hacı kişinin arvadı Nabat xanım çox gözəl qız olub,elə indi də gözəlliyi qalıb,qızları da ,nəvələri də özünə oxşayır,hər biri bir su sonasıdır,həm də ağıllı.Bu nəsildə hamı Özləmi çox istəyir,hətta canına and içirlər.Özləm də ayağı sayalı qız olub,dalıyca iki qardaş gətirib.
 Hikmet öyrənmişdi ki,Özləm dərslərini çox yaxşı oxuyur,yay –yaz olanda bağda-baxçada gəzməyi, gül -çiçək toplamağı çox sevir. Deyirlər ki,Özləm bu yay böyüyüb və çox gözəlləşib.Amma onu da deyirlər ki, Özləm yenə də əlində gül -çiçək orda- burda görünür ,artıq on dörd yaşı olmasına baxmayaraq,hələ də evdə -eşikdə iş görmür,nənə də,baba da; ata-ana da –hamı onu əzizləyir. Şebingülü baxçalarında o qədər gəzib-dolanıb ki,özü də bir Şebingülü olub sanki,şebingülü qoxuyur.Əslində bu yurdun qızları hamısı şebingülü qoxuyur,amma Özləm bir başqa...nə isə fərqlidir,ya da Hikmet üçün fərqlidir.
Nəhayət, səkkizinci gün Özləmi bağçalarının arxasındakı cığırda gördü:qız xırda daşları ayağı ilə vuraraq gedirdi.Cəld yeriyib qıza çatdı,astadan onu səslədi
-Özləm.
Qız dönüb  baxdı.Qızın gözəl üzünü görən Hikmətin qəlbinə işıq doğdu.
-Özləm, hara gedirsən?
-Əmimgilə.
-Gedəkmi  Çobanlar Çeşməsinə? .İndi oralar çox gözəl olub; lalə, zanbaq, sarıçiçək çoxdan açmışdır.
-Süsəni də çağırım
-Yox ,ikimiz gedək,Süsəni başqa vaxt çağırarıq.
Özləm ani olaraq Çobanlar Çeşməsini,həmişə bu vaxtlar açan lalə və zanbaqları xatırladı, dəlisov uşaqlıq həvəsiylə
-Gedək-dedi.
Onlar qoşa addımlayırdı:insafən Egribel bütün səxavətini göstərmişdi; hər tərəf dizə qədər qalxmış yamyaşıl ota bürünmüşdü,lalələr,zanbaqlar adama gəl-gəl deyirdi. Çobanlar Çeşməsi otun,gül-çiçəyin arasında görünməz olmuşdu.Budur,nəhayət ki...
-Su içmək istəyirsənmi?-Oğlan ovuclarını su ilə doldurdu-Gəl.
-Özüm.
-Üst-başını su edəcəksən,əlimdən iç.
Özləm ani olaraq Hikmətin üzünə baxdı
-İç-oğlanın səsi,baxışları güvən verirdi.Qız suyu içdi.
Özləm sevinclə ətrafa baxır,çiçəkdən-çiçəyə qaçır,zanbaq,lalə toplayırdı.
-Özləm,buralar çoxmu xoşuna gəlir?
-Çox xoşuma gəlir,hər yer xoşuma gəlir;bu çəmənlər,bu dağlar,çiçəklər xoşuma gəlir,Çobanlar Çeşməsi xoşuma gəlir.Nənəm bu zanbaqları çox sevir-qız əlindəki zanbaqları burnuna tutub iylədi-amma bunların iyi yoxdur.Nənəm deyir ki,bunların rəngi gözəldir,özləri də çox təravətli ,şux olurlar.
-Bəs sən hansını daha çox sevirsən?
-Mən hamısını-güllərin hamısını çox sevirəm.
-Yenə də,yadına salsana...
-Ən çox qızılgülü sevirəm-baxçamızda açır ha-onu-ətri çox gözəl olur,rəngi də gözəldir.
-Həm də sənə oxşayır,yəqin, ondandır belə sevməyin.
Qız ilk dəfə nazla ona baxdı,oğlanın bütün qəlbi titrədi.
-Özləm, oturaqmı bu çəmənlikdə?
Onlar yanaşı əyləşdilər
-Gəl sənə çələng hörüm.
Hikmət topladığı lalə və zanbaqlardan qıza çələng hördü,çələngi qızın başına qoydu,çələng qıza hədsiz yaraşdı.
-Çox yaraşdı-Hikmət qəribə baxışlarla qıza baxırdı.
Birdən qız ayağa durdu,çələngi Hikmətə qaytardı
-Mən gedim,anam məni axtarar.
-Gedək səni ötürüm.
Onlar kəndə qayıdırdılar.
-Özləm
-...
-Gələkmi hərdən bura?Sabah gələkmi? İstəyirsən Şəlaləyə gedək
-...-Qız cavab vermədən uzaqlaşdı.
Hikmət gecəni çox narahat yatdı;elə hey qızı düşünürdü.Görən indi yatıbmı?Yatıbsa necə yatıb;xurmayı saçları ağ balışa dağılıbmı,qönçə, şebingülü dodaqları azacıq aralanıbmı,dik sinəsi aramla qalxıb enirmi?Görən, o da Hikməti düşünürmü? Düşünürsə necə düşünür? Onun qızlıq xəyallarında Hikmət hansı rol oynayır?O, Hikmətin bir kişi,özününsə gənc qız olduğunu bilirmi,görən Hikmət onu xəyal etdiyi kimi,o da Hikməti xəyal edirmi;səhərlər yuxudan necə durmasını,axşamlar yatağa necə girməsini xəyal edirmi? Axı Hikmət bunların hamısını xəyal edir,düşünür.
 Səhər mütləq ona şeir oxuyacaq,mütləq...
Səhər yuxudan tez oyandı.Oyanan kimi Özlemi xatırladı,cəld geyinib baxçaya düşdü.Baxçadakı bütün ağaclar, demək olar ki,çiçəkləmişdi,şən,zəhmətkeş arılar vız-vız vızıldaşırdı.Qızılgüllər isə hələ də sanki yuxuya dalmışdı.Bir azdan onların da vaxtı gələcək və onlar bütün güllərə,çiçəklərə,bağa-baxçaya sultanlıq edəcəkdi.
Səhər yeməyi yeyib,kəndə çıxmaq bəhanəsi ilə Özləmgilin evinə yaxınlaşdı.Heç kəs gözə dəymirdi.Birdən bağın içində dolaşan Özləmi gördü
-Özləm-yavaşca qızı səslədi.Qız səsə boylandı.
-Gəlsənə bura.
Özləm ona yaxınlaşdı.Səhər havasında çox gözəl görünürdü
-Getməyək Şəlaləyə?
Özləm, deyəsən, tərəddüd edirdi
-Tez qayıdarıq,azacıq gəzişib qayıdarıq.
-Anama nə deyim?
-Heç nə demə.Tez qayıdarıq.İstəsən ordan da babanın yanına gedərsən.
Qız ani tərəddüddən sonra bağın balaca darvazasından keçib gəldi.
Hikmət qızla yanaşı addımlayırdı və həyatında duymadığı bir xoşbəxtlik,həzz duyurdu:ona elə gəlirdi: böyrüncə gedən kiçik,nazlı, bir bahardır,təbiətin özüdür.Qəribədir, həmişə gəzdiyi və həmişə onda sirli ,mübhəm duyğular oyadan, bu dağlar,çöllər,düzlər,çəmənlər elə bil şənlənmişdi və nə isə sirli,sehrli,dünyanın o başından süzülüb gələn gözəl bir nəğmə oxuyurdu,Günəş həmişəkindən fərqli şəfəq saçırdı,aradabir sanki sevinclə ona göz vurur, bu dağların ən gözəl çiçəyini ovsunladığını söyləyirdi.Quşların səsi,otların xışıltısı nə isə sehrli nəğmələr pıçıldayırdı qulaqlarına.Hər şey çox gözəldi,hava əsrarəngiz parıltılarla dolu idi.Hələ sübh çehini içib doymamış otlar,çiçəklər yuxulu,məst gözlərlə onları salamlayır”Xoş gəldin “söyləyirdi.
Nəhayət, iki sıldırım qayadan süzülən,səsi,nəriltisi hələ uzaqdan eşidilən Şəlaləyə yaxınlaşdılar:ətraf su damlalarına qərq olmuşdu,elə bil ,yağış yağırdı.
-Yağış yağır?-Özləm Şəlalənin səsindən eşidilmədiyi üçün qışqıraraq soruşdu.
-Yox, Şəlalədən sıçrayan su damlalarıdır.Bura həmişə belə olur.-Hikmət də qışqıraraq danışırdı
-Nə gözəldir...-Qız Şəlaləyə tərəf qaçmaq istədi.
-Çox yaxına getmə-Hikmət onun əlindən tutdu.
-Nədən?
-Yaz vaxtıdır,birdən suyu gur gələr.
Özləm heyrətlə ətrafa ağappaq köpük yayaraq ,çox sürətlə axan Şəlaləyə baxırdı
-Birdən suyu qurtarar-təlaşla dedi
-Heç gördünmü Çobanlar Çeşməsinin suyu qurtarsın?
Qız başını buladı:
-Amma bu çox sürətlə axır.
-Amma bu min ildir axır.
-Min ilmi?-qız heyrətə gəldi.
-Bəli.
Qızsa hər şeyin elə onunla,ondan azacıq əvvəl yarandığını düşünürdü.Demək, min ildir bunlar var imiş...Görən, min il bundan qabaq bu oğlan da var idimi,bu barədə ondan soruşmaq olarmı?
Amma nə isə müəmmalı şeylər duyur içində və bu barədə soruşmağın yersiz olduğunu düşünür.
-Gedəkmi o təpəyə orada daha gözəl çiçəklər var.
-Gedək.
Özləm ondan heç çəkinmirdi, deyəsən.
Gömgöy təpədə çiçəklərin əhatəsində oturmuşdular
-Özləm ...
-Nədir?
-Sən heç şeir oxudunmu,şeir bilirsənmi?
-Dərs kitablarında olanları bilirəm,hamısını oxumuşam.
-Onları yox ,məsəla:Hikmet Okuyarın şeirlərini oxudunmu?
Qız qəribə bir maraq və təəccüblə ona baxırdı.
-Söyləyimmi birini sənə?
Qız başı ilə “Hə”işarəsi verdi
Korkusuzdum severken,sevgisizlikden korktum
Çaresiz kaldığımda,ilgisizlikden korktum
Hatların kapsam dışı,bilgisizlikden korktum...
Ellerim bende degil,kollarında unuttum
Duman yüklü dağları bellerinde unuttum...
Özləm mat- mat oğlana-Hikmətə baxırdı
Hikmət ikinci bəndi söylədi
Yuvasız quşlar kibi engin könlüne uçtum,
Sana şakıdı dilim,derdimi sana açdım
Seni hissettim sende bendeki sana qaçdım
Kollarım bende degil,sallarında unuttum
Şebingülü bağları yollarında unuttum...
Hikmət qızın əllərindən tutdu .Qız çox gözəldi;xurmayı saçları çiyinlərinə dağılmışdı,şebingülü dodaqları, yanaqları ətrafı bürüyən gül-çiçəkdən seçilmirdi,gözəl, füsunkar gözləri Günəş kimi şəfəq saçırdı.Oğlanın bütün qəlbi qıza doğru atılırdı:necə etsin onu ürkütmədən,qorxutmadan,bulaq başında gördüyü andan,dəqiqədən onu dəlicəsinə sevdiyini necə anlatsın,necə etsin ki,qızın qəlbində də özünə qarşı məhəbbət alovlandırsın,onun qəlbində dağ-daş yoldaşı kimi yox,kişi kimi yer tutsun
-Özləm...
Qız birdən ağlamağa başladı;sanki nə isə dəhşətli bir qorxu doldu ürəyinə;qarşısında oturmuş ,əllərindən tutmuş,qəmli nəğmələr söyləyən bu oğlan mübhəm ,sirli nələrdənsə bəhs edirdi,o sirli,sehrli, mübhəm şeylər heç də sevindirici deyildi,o mübhəm hisslər bu şeirləri  söyləyən oğlanı çox qəmləndirmişdi.
Bu şeirdə bəhs olunan hisslər həyatın heç də güllü-bülbüllü qızılgül baxçalarından,Çobanlar Çeşməsindən ,hər səhər səni yuxudan nazlamalarla oyadan nənədən ibarət olmadığını söyləyir,həyatın sirli ,ağrıdıcı acılarından xəbər verir.O acılar çox amansızdır,coşqun sel kimi insanın qəlbinə dolur,oradakı güllü-bülbüllü qızılgül baxçalarını talayıb viran edir.
-Evimizə getmək istəyirəm-qız hıçqıraraq ağlayırdı.
-Nədən? İndi gəldik ki...Yaxşı, daha şeir oxumaram sənə...Sən şeiri sevmirsən ,demək.
-Qız burnunu çəkirdi.
Onlar bütün yolu sakitcə addımladılar,evlərinə az qalmış qız “Hələlik”-dedi və qaçaraq uzaqlaşdı.
Hikmət bütün günü,gecəni də özünə gələ bilmədi,Elə hey Özləmi ,onun ağlamasını xatırlayirdı,hiss edirdi ki,şeirləri ilə qıza yeni duyğular ötürüb,qız yeni ,tanış olmayan,təlatümlü hisslər duyur,bu hisslər onun cocuq,bişib-bərkiməmiş qəlbini ehtizaza gətirir, qorxudur,yad bir oğlanın xəyal dünyasına daxil olması qız üçün sarsıdıcıdır,o bunun nə olduğun başa düşmür və belə sarsılır.
Ağlayırsa, demək, artıq nələrsə hiss etməyə başlayıb,görən, bu hisslər Özləmi ürkütməyəcək ki...Hikmətin onun qəlb dünyasına qədəm qoymasına yol verəcəkmi?.
…… ...
Şəhərdə işi çıxmışdı,bir həftəliyinə getməli idi.Və bu bir həftə ona inanılmaz dərəcədə uzun bir müddət kimi gəlirdi.Bu barədə qıza nə isə demək istəyirdi,eləcə xəbərsiz -ətərsiz getmək istəmirdi.Qız nədənsə yenə gözə dəymirdi.Evlərinə yaxınlaşmağa da çəkinirdi,söz-söhbət çıxmasını istəmirdi.İstəyirdi ki qız bilsin ki ,Hikmət burada olmayacaq,birdən təkbaşına Çobanlar Çeşməsinə gedər,Allah etməmiş mərdimazar birinə rast gələr.Çox fikirləşdikdən sonra Özləmgilin evinə yaxınlaşdı,darvazanı döydü
Xoşbəxtlikdən darvazanı Özləm açdı
-Sənsən...-Özləm heyrətləndi.
-Mənəm ,Özləm, mən bir həftəliyə şəhərə gedirəm,işlərim var,Xahiş edirəm tək Çobanlar Çeşməsinə getmə,heç kimlə getmə...elə baxçanızda oyna,artıq qızılgüllər açmağa başlayıb.Olurmu?
-Olur. 
-Bir həftəyə qayıdacağam,narahat olma.
-Kimdir?-Özləmin nənəsi Nabat arvad qapıya yaxınlaşdı.
Hikmət Nabat arvadın onlara yaxınlaşdığını görüb bərkdən dedi
-Yaylaq tərəfə gedirdim,dedim:Hacı kişiyə bir sözünüz-filan olar.O axı mənim köhnə dostumdur.
Nabat arvad onu tanıdı
-Aybikənin nəvəsi-Bizim Hikmet deyilsənmi? MaşAllah yekə kişi olubsan.Gəlsənə içəri.
-Yox maşınlayam,tələsirəm,bir sözünüz yoxdur ki...
-Yox ,Əflatun təzə gedib,elə orda olar,sağlıq-salamatlıqdır,bizdən salam söyləsən bəs edər.
-Allaha əmanət olun
-Allaha əmanət ol.
Maşını xodladı,ürəyi rahatlamışdı,artıq rahat yola düşə bilərdi.
Bir həftəni çox çətinliklə başa vurdu;çox qəribəydi;həmişə Hikməti çəkən şəhər,hay-küy,insanların gurluğu onu cəlb etmirdi,indi şəhərin asfalt küçələri,üst-üstə qalanmış evlər  darıxdırıcı gəlirdi.
Universitetin geniş auditoriyalarında da,kabinetlərində də,axşamlar dostları ilə getdiyi çay,yemək kafelərində də Özləmi düşünürdü,qızın xəyalı bir an belə onu tərk etmirdi.Həmişə deyib-gülməyi,şənliyi ilə seçilən Hikmətin qəribəliyi,qaş-qabağı dostlarını açmırdı deyən,tez-tez ona nə olduğunu soruşurdular:
-Prinsessanın kimliyi barədə deməyəcəksən bizə?
-Nə prinsessa?
-Səni bu hala salan prinsessa.
-Heç bir prinsessa-filan yoxdur.
-Bu gün kimi aydındır.Xeyir iş nə vaxtdır?
-Nə xeyir iş?-Hikmətin bütün bədəni gizildədi.
-Özünü bilməməzliyə vurma...Yoxsa elə-belə könül məsələsidir?
-...
-Onda başqa məsələ...
-Bu barədə danışmaq istəmirəm.
-İndi danışmaq istəmirsən,sonra özün söz salacaqsan.
-Nədən?
-Sevgi macərasından.
-Sevgi macərasımı...
-Əlbət.
…… ...
Nəhayət ki, bir həftəni başa vurub kəndə qayıdırdı.Maşın elə bir həftə bundan qabaq kədər və nisgillə keçdiyi yolları arxada qoyurdu
Egribelin başı üzərində səma məsmavi görünürdü,topa –topa ağ buludlar sevinclə,bəxtəvərliklə hara isə qaçışırdı.Təbiət şıltaq uşaq kimidir,nədən belə nəşəlidir? Günəş zərrin şəfəqləri ilə aləmi nura boyayıb,hər tərəf büllur kimi işıq saçır.Quşlar nədən belə sevinclidir? Dağlarda quzular mələşir çobanlar sürünü yamaclara yayıb tütək çalır,camaatın üz-gözündən sevinc yağır,çəmənlərdə allı-güllü paltar geyinmiş qız-gəlin görünür.Görən,onun prinsessası haradadır,bu bir həftədə darıxıbmı onun üçün,onu düşünübmü?
Hikmət artıq sevdiyini Özləmə deməlidir,belə daha yaxşı olar,Hikmət qızın qəlbini ram etməlidir,artıq hər şey Hikmətdən asılıdır;o Hikmətin bir kişi,özünün də gənc qız olduğunu bilməlidir,necə ki Hikmət bir an Özləmi düşünmədən dayana bilmir, o da Hikməti düşünməlidir.
Bəli ...Hikmət bir an onu düşünmədən dayana bilmir;bu nə isə fövqəltəbii bir şeydir, iradəsindən asılı deyil,hər gün bir az da artıq qıza bağlanır.Özləm sanki həyatının məhvərinə çevrilib;həyat ondan ibarətdir,Günəş ondan ibarətdir;qəribədir,sanki çöllər,çəmənlər onun ətrini yayır,Günəş onun gözləri ilə,onun kimi gülümsünür,buludlar ona xəbərə qaçır,dumanlar Özləmin ayaqları altına sərilmək istəyir,zanbaqlar,lalələr-bütün güllər ona bənzəyir,artıq qızılgüllərin ətri-onun ətri Egribelin ötəsinə belə yayılıb,Hikmət bu qoxunu hiss edir,qoxu oğlanı məst edib,hara baxır Özləmi görür,burada-Egribeldə bütün səslər Özləmin səsinə oxşayır.Olurmu bu?
Bu da evləri...Sanki fəzada süzür;kimlərləsə öpüşüb-görüşür,söhbət edir,lakin xəyalında ancaq o var,ancaq onu düşünür,hara baxır Özləmi görür.Gecəni birtəhər başa vurur:yuxu ondan qaçaq düşüb,haradasa bir neçə ev ötədə bir qızılgül uyuyur,ətri buram-buram qoxuyur,dalğa-dalğa yayılır və bu qızılgül yalnız Hikmətə məxsusdur,onunkudur,onun misilsiz,tayı-bərabəri olmayan gözəllər-gözəli prinsessasıdır,dünyada Özləmdən gözəl qız yoxdur.
Budur ,səhər açılır...Günəş Yer üzünü salamlayır...-Qoy durub həyətə düşsün;hələ tezdir-hamı –onun sevgilisi də yatıb-qoy həyətdəki qızılgüllərə baxsın,artıq açıblar.Bənzərsiz qoxunu elə dünən Egribeldən dönəndə hiss etmişdi.Bu qoxu onu dünəndən məst edib,elə gecəni də bu qoxunun qanadlarında aram-aram süzüb...Bənzərsiz və misilsiz qoxu...
Gözlərinə inanmayır...Bir gecədə bu qədər qızılgül aça bilərmi? Olurmu bu?Güllərin ləçəkləri üzərində almazlar sayrışır, elə bil, cənnətdən bir parça yerə enib.Tanrı öz cənnətini insanlara göstərmək qərarınamı gəlib?
Hələ bülbüllərə bax...Ah,əzizlərim,sevimli cəngavərlərim,sevincinizin həddi-hüdudu yoxdur,qızılgülləriniz açıb,hər bahar eyni macəranı yaşayırsınız;bu bahar o birindən daha gözəl olur,daha cəzbedici olur.Dünya sizin gözünüzdə ancaq bu baharlardan və qızılgüllərdən ibarətdir.Elə Hikmət üçün də dünya bu dəm ancaq bahardan və sevgilisindən ibarətdir.
Budur bax,evdən çıxır və cəld addımlarla öz sevgilisinin ətrinə yüyürür,heç nə Hikməti durduramaz,Hikmət elə indicə onu görəcək,onu səsləyəcək və onlar əl-ələ verərək zümrüd çəmənlərə,bənzərsiz dağlara doğru yürüyəcəklər.
Budur,Özləm qızılgül baxçasında,qızılgül kolunun yanında durub,Aman Allah, taptazə qızılgüllərdən heç seçilmir,əynində qızılgül rəngində köynək var...
-Özləm.
Qız səsə boylanır,qaçaraq ona sarı gəlir.
-Darıxdınmı mənim üçün? Mən sənsiz çox darıxdım.
-...
-Gedəkmi Egribelə?
-Anama deyim...
-Heç kəsə demə,maşınlayam,tez dönəcəyik.
Aradan keçən bu bir həftə ərzində çöl-çəmən bir az da gözəlləşmişdi,ot-ələf adam boyu qalxmışdı,hər tərəfdən quş səsi,böcək səsi gəlirdi,astaca əsən meh qurşağa qədər qalxmış otları dəniz kimi dalğalandırırdı,quşlar,kəpənəklər başları üstündə uçuşurdu
-Bizdən heç qorxmurlar-Özləm güldü.-Otlara bax necə dalğalanır,elə bil dənizdir.
-Doğrudan da...Gedəkmi Şəlaləyə?
-Yox ,anam məni axtarar… Tez qayıdacam.
Göy otluqda,təpəcikdə yanaşı oturmuşdular.Hikmət yanpörtü qızı süzürdü;aradan keçən bu bir həftə ərzində,elə bil, bir az da gözəlləşmiş,bir az da yetkinləşmiş,hər nəydisə daha cazibədar olmuşdu,həmişə açıq buraxdığı saçlarını indi yığıb-yığışdırmış,ordan-burdan sancaqlamışdı.Hikmətin bütün qəlbi qıza doğru atılırdı
-Özləm...
Özləm heyrətlə qarçısında sağ dizi üstə çökmüş Hikmətə-kişiyə baxırdı: Hikmətin od kimi isti nəfəsi onu qarsalayırdı.Qız sanki bir çiçək kimi bu od qarşısında büzüşürdü.Ani bir qorxu qızı çulğaladı nədirsə cəld ayağa durdu.Hikmət də ayağa durdu,qızın əllərin əlinə aldı
-Özləm...mən səni sevirəm,o gün bulaq başında görən dəqiqədən, andan bəri sevirəm.Bir an da olsa xəyalımdan çıxmırsan.
Bu sözdə nə qədər sehir var idi,bu sözü söyləyən kişi-Hikmət qarşısında durmuşdu,əllərindən tutmuşdu,qaçmağa heç bir aman yox idi,qız sanki sehrlənmişdi.
Hikmət heç özü də bilmədi nə vaxt onu sinəsinə sıxdı.
Qıza elə gəldi ki, atəşli bir kürə onu sardı,var gücü ilə oğlanı itələdi,lakin qorxunc,qaba bir varlığa cevrilmiş oğlan onu buraxmaq istəmirdi,oğlanın cod saqqalı qızın üzünü dalayırdı,aramsız öpüşləri nəfəsini kəsirdi.Qız bu qorxunc,qaba varlığın əllərindən qurtara bilməsə,onun nələr yapa biləcəyinin qorxusundan ağlamağa başladı.Nəhayət ,oğlan onu buraxdı.Qız ağlayaraq kəndə tərəf götürüldü.Hikmət arxadan ona çatdı,qolundan tutdu
-Özləm,qorxma,bir anlıq özümü unutdum...
-...Qız ağlayaraq burnunu çəkirdi.
-Niyə ağlayırsan?
Qız heç özü də bilmirdi niyə ağlayır.
-Bir də səninlə heç yerə gəlməyəcəm.
-Özləm, bir-birini sevənlər arasında olur bu...
-...
Kənd görünürdü.Özləm oğlanın üzünə baxmadan uzaqlaşdı 
…… ... 
Özləm ürkə -ürkə ondan bir az aralıda yeriyirdi.Bir neçə dəfə tellərini üzündən yığmaq istəyən Hikmətin əllərini geri itələmişdi.Hikmətsə onu öpmək ,bağrına basmaq istəyirdi.
-Gəlsənə oturaq.Yoruldum.
-Sən otur. Mən yorulmamışam.
Hikmət kiçik təpəcikdə əyləşdi.
-Özləm
-Nədir? 
-Səni buralardan aparacağam. 
Mən buralardan getmək istəmirəm.
-Nədən?
-Buralarda mənim nənəm var,Çobanlar Çeşməsi var… ,Süsən var,Xumar var.Buralar mənim xoşuma gəlir.
-Amma insan bir gün uzaqlaşır nənədən-babadan,hətta atadan-anadan.Onlar keçmişdə qalır.Başqaları olacaq həyatında,məsələn mən və cocuqlarımız.
Qız mat-mat onun üzünə baxırdı.Hikmət onun qarşısında durmuşdu.Qızın üzünə tökülən saçlarını yığışdırırdı.
-Sevmirsən məni?-Qız eləcə yerində donub qalmışdı-Mənsə səni çox sevirəm .Hər gün bir az da artıq.Hər yerdə səni fikirləşirəm.Hətta sənin yanında olanda da səni fikirləşirəm.
Qızın çənəsindən tutub yuxarı qaldırdı.Gözlərinin içinə baxırdı.Mənim mələyim.Səni sevirəm.
Qızı bağrına basdı,ayaqları yerdən üzülmüş qız
-Burax- deyə ağlamsındı.
-Rahat ol.Qorxma sənə qarşı heç bir əclaflıq etmərəm.
Amma onu öpməklə də doyamırdı.Qız onun get –gedə alovlanan öpüşlərindən qorxub bağıranda qızı yerə qoydu.
-Sakit ol .Sənə heç nə etmirəm,Qorxma.
-Bir də sənlə gəlməyəcəm.
Hikmət ağır-ağır nəfəs alırdı.Görən o nə qədər vazkeçilməz olduğunu bilirdimi?
… ... 
Özləm...
-Nədi?
-Məni sevirsənmi?
-...
Hər gün məni görmək istəyirsənmi?Məni görməyəndə darıxırsanmı?
-...
-İstəyirsənmi hər gün Egribelə gedəndə səni çağırım;birlikdə dağları,çəmənləri gəzək,söhbət edək,sənə şeir oxuyum?
-İstəyirəm.
Mənlə söhbət etmək,bağ-baxçanı gəzmək sənin üçün maraqlıdırmı?
-Maraqlıdır.
-Sənə oxuduğum şeirləri sevirsənmi?
Sevirəm.
-Ən çox hansını?
-Hamısını.
-Məni görməyəndə darıxırsanmı,istəyirsənmi bütün günü yanında olum?
-...
-Məndən ötrü narahat olursanmı?
-Oluram
-Səni sevirəm.Sən də məni sevirsənmi?
-Bilməm ki...
— Özləm...
-Nədir?
-...
-Özləm bir neçə ildən sonra özün mənə”Səni sevirəm”-deyəcəksən,özün məni öpmək istəyəcəksən.
-...
-Özləm,bir az böyü,hər şey yaxşı olacaq,biz evlənəcəyik.
…… ...
-Özləm.
Özləm tanış səs eşidib heyrətləndi-Hikmət idi
Özləm,hardan gəlirsən?
-Əmimgildən. 
-Özləm ,gedəkmi Çobanlar Çeşməsinə?
...
-Narahat olma..Bir az gəzişib qayıdarıq.
-...
-Özləm ,nədən belə qəmlisən, nə olub?
-Bilməm ki...
-Yenə?
-...
-Sən payızda gedəcəksənmi?
-Gedəcəm.
-Nədən?
-Mənim orada işlərim var. 
Proje üretip modeli verdim,
Divar boyasına çok akıl yordum.
Usluyla danıtıp,bileni sordum
Lafta kalan söze kanmıyacağım
Bu işlər böyük zəhmət və iradə tələb edir,çətinliklər çoxdur,amma insan çətinliklərə dözməlidir,sən hələ uşaqsan bilmirsən.Böyüyəndə özün məni başa düşəcəksən.Amma mənim işlərimin bizim sevgimizə dəxli yoxdur,sevgimizi qoruyacağıq,hər ikimiz onu qorumalıyıq.Sən hələlik oxu,orta məktəbi bitir,qalanını sonra danışarıq,səni özümlə şəhərə aparacam.
Birdən –birə qız atasının zəhmlə anasına:” Qızı küçəyə tək buraxma”- deməsini xatırladı-
-Mən gedim ,atam tapşırıb ki, küçəyə tək çıxma.
Gedək səni ötürüm.
-Cığırla qoşa addımlayırdılar.
-Sabah gələkmi bura
-Yox...
-Aha çatdıq.Sağ ol-oğlana baxmadan uzaqlaşdı.
Hikmət bir xeyli onun arxasınca baxdı. 
Qıza nələrsə demək istəyirdi .Amma...
…… ...
-Özləm ,son günlər çox bikefsən nə olub?
-...
-Söyləsənə,Özləm.
-Bilməm ki..Yollara baxanda nədənsə qəmlənirəm...
Fikirləşirəm...Fikirləşirəm ki ,sən bir azdan o yollarla gedəcəksən. 
-Amma mən qayıdacağam.Özləm heç fikirləşirsənmi nə qədər xoşdur həyatda bir məqsədin olmaq və o məqsədin ardınca getmək:insanlıq bundan ibarətdir.İndi insan dünyaya öz evi kimi baxır,bir kəndin içinə qapanıb qalmaq olmur.Daha yaxşı təhsil almaq üçün ,daha yaxşı mütəxəssis olmaq üçün dünyaya inteqrasiya olunmalısan. Bilsən bizim bu torpaqlar nə qədər gözəl və barlı –bəhrəlidir.Başqa millətlər belə torpaqları dünyaya tanıdır,kurort zonasına çevirir.Bizdə isə payıza dönən kimi qar-çovğun yolları kəsir,işıqlar kəsilir,heç bir telefon əlaqəsi saxlamaq olmur.Nə qədər istedadlı oğlan və qızlar çətinlik üzündən,yol riz olmaması səbəbindən oxumağa gedə bilmir,təhsil almır,qızlar heç oxuya bilmir,olmaz ki belə ;Aşıq Veysəlin,Fatehin torpaqları unudulub gedir;ayağı yer tutan çıxıb gedir;burada ancaq çobanlar qalır və çobanlar da bəlkə də, oxumağa gedə bilməyən istedadlı adamlardır.Mən artıq böyük proje başlatmışam.Bu barədə şeirlərimdən birində qeyd də olunub: buraya möhkəm ,hər cür küləyə ,tufana davamlı işıq,yol çəkdirəcəyəm ki, gediş-gəliş tək üç ay yox, həmişə olsun.
.......
Çözüm türkümüzü dinlesin bir yol
Naramızla dağlar inlesin bir yol.
Sevgi sözümüzden anlasın bir yol
Netice almadan dönmiyecegim.
…… ...
Hikmət son günlər çox fikirləşirdi; iki yol ayrıcında qalmışdı; bir tərəfdə artıq başladığı,təməlini qoyduğu yol ,o biri tərəfdə isə Özləm dururdu.Hər ikisi onun üçün hədsiz əzizdi. Yol onun qisməti, taleyiydi.Necə olmuşdu o bu yolla getməyə qərar vermişdi? Anlaşılmazdı,sirli idi.Zaman –zaman böyüdüyü kənd,oturub durduğu ağsaqqallar,dərdinə şərik olduğu çobanlar ,yol-riz üzündən,çətinliklər üzündən məqsədinə yetməyən insanlar-oxuduğu bəzən dərd-qəm, bəzən məhəbbət,bəzən həsrət, bəzən vətən sevgisi,dönməzlik aşılayan əsərlər, şeirlər onu yönəltmişdi bu yola .Cənnət misallı Şebinkarahisar bənzərsiz təbiəti ilə,gözəllikləri ilə onun ruhunu cilalamış,özünə,nəinki özünə bütün insanlığa qarşı məhəbbət yaratmışdı onun bulaq suyu ,dağ havası kimi təmiz qəlbində.Bu qəlb hələ gənc olmasına rəğmən ancaq vətən deyirdi,insanlıq deyirdi,millət deyirdi və indidən millət üçün yanıb tutuşurdu .Ta uşaqlığından bəri sevə-sevə oxuduğu,hikmətləri ilə boy atıb böyüdüyü Aşıq Veysəl şeirləri,hətta Aşıq Veysəlin xəyalı son günlər heç gözü önündən çəkilmirdi Aşıq qəmli-qəmli ona baxır, başını bulayır ,getdiyi yoldan sapmamağın gərəkli olduğunu vurğulayırdı.
......
Erenler aşkına çağırdığımda 
Dikildi karşıma göz etti bana. 
Duyulması için bağırdığımda 
Şebin gülü ile naz etti bana. 
*
Karacoğlan ve Emrah’ı söyledim 
Kavalı tulumu saza bağladım 
Yeşil çevre sevdasını sağladım 
Dikilen fidanlar az, dedi bana.
......
Bəli, getdiyi yoldan sapmamaq gərəkdir ,o,bunu bilir, ərənlər həmişə belə olmuşlar,belə tövsiyə etmişlər:belə görüb-götürmüşlər,insanlıq elə bununla tanınır;getdiyi yoldan sapmamaq-bu insanlığlmayın dönməyəcəm bu yoldan-xəyalən Aşıq Veysələ müraciət edir,artıq bu yola baş qoymuşam, geri dönməyəcəyəm,həyatımı bu ellərin rifahına,şebingülünə həsr edəcəyəm.Özləm məni gözləyəcək ,gözləməlidir. Sanki Aşıq Veysəlin xəyalı şənləndi. Razılıqla başını tərpədib gülümsündü.
....
Sivr’alan köyünden Sivas iline,
Can suyu verelim Şebingülü'ne,
Baş koyduk deyince Hakk'ın yoluna..
Güldü, gülümsedi göz etti bana
..
Amma o biri tərəfdə çox gözəl bir qız var;o bu qızı sevir və həm də qız onu sevir...Bəs beləysə qorxduğu nədir?Bir-birini gözləmək sevənlər üçün çətin olmasın gərək.
…… ...
Artıq payız fəsli yaxınlaşır.Hər gün,günaşırı yağışlar yağır,sanki çöllər,düzlər qəmə qərq olub.Hikmət getməlidir,işlərinin,arzularının dalınca getməlidir.Getməlidir...Amma bunu Özləmə söyləmək lazımdır.Necə söyləsin...Amma söyləməlidir
-Özləm...
-Nədir...
-Artıq payızdır...Mən getməliyəm...işlərim var.Sən bunları bilirsən,darıxma,olurmu? İşlərimi yekunlaşdırmalıyam.Sən də böyü,orta məktəbi bitir.
-...
-Özləm,nədən ağlayırsan?
-Bilməm ki...ürəyim nədənsə sıxılır..
-Olmaz ki...Darıxmaq olmaz ki..
-Bacarmıram ki...
-Olmaz ki...İnsan öyrəşməlidir,insan dözümlü olmalıdır;insan ayrılığa da,həsrətə də dözməlidir.Bizim ayrılığımız çox çəkməyəcək, mən tez gələcəyəm.Sən darıxma olurmu?
-Olur.
-Bax belə… Mən tez dönəcəyəm...
…… ...
Qəmgin bir payız günüdür;hava boz-bulanlıqdır,göylər də boz-bulanlıqdır.Budur,Hikmət əlində yol çantası maşına əyləşir.Maşın dolanbac yollarla şütüyür və Hikmət sürətlə kənddən uzaqlaşır.Budur, Sarı Çiçək yaylası,Gəlin qayası,Egribel...Avutmuş..bir-bir arxada qalır...Sanki dağlar-dərələr,çöllər-düzlər qəmə qərq olub,ara vermədən çisəyən payız yağışlarından üşüyür ,yollar ardınca qışqırır sanki.Nə isə beynində çox sürətlə hərəkət edir,heç cür bu sürəti ləngidə bilmir
...Gedir...gedir...Egribel qalır,Çobanlar çeşməsi qalır, ....Dağ Şəlaləsi qalır,Ovutmuş qalır,Şebinkarahisar qalır...Özləm qalır...
Özləm qalır...Özləm darıxır...o ağlayır… Hikmətdən ötrü ağlayır...Hikmətdən ötrü darıxır,Hikmət ona həyatının ilk acısını yaşadır,qüssəsini yaşadır.
Həyat bu...acıları ,ayrılıqları çox olur.Özləm öyrəşməlidir, bilməlidir..
-Birdən öyrəşə bilmədi.Çox uşaqdır,çox gəncdir,çox təcrübəsizdir.Qorumadın onu,acıların,ayrılığın qucağına atıb gedirsən 
Yox mən tez-tez gələcəyəm,Özləmlə əlaqə saxlayacam.O hələ uşaqdır,böyüməlidir,mənim məqsədlərim var,həyat yolum var.
Bilirdin ki ,gedəcəksən niyə sevirdin,sevdiyini niyə söyləyirdin,onun mürgülü duyğularını niyə oyadırdın?
Deməsəydim ölərdim.İstəyirdim məni sevsin,hamı sevir və sevdiyini sevgilisinə söyləyir,burada heç bir əclaflıq yoxdur;mən onu sevdim,o da məni sevdi,biz bir-birimizi sevdik,indi də bir-birimizi gözləməliyik,sevənlər o dəqiqə bir-birinin olmur...dərd çəkməyə lüzum yoxdur,o öyrənməlidir,qadın olmağı,sevməyi öyrənməlidir.Bəlkə də ,artıq öyrənməyə başlayıb,o böyüyüb ,bir az da böyüyəcək və dözümlü olacaq... 
Amma onun qəlbi narahatdır,içində elə bil nəsə qışqırır;onda hərdən belə olur,düzgün qərar verməyəndə içində nə isə qışqırmağa başlayır,heç cür sakitləşmir,iradəsinə tabe olmur və elə hey qışqırır;elə hey eyni şeyi təkrarlayıb durur.Çox müəmmalı bir şeydir.Görən, hamıda belə olurmu? Görən, Özləmdə də belə olurmu?Birdən onun içində də nə isə elə hey qışqırsa,ya da ağlasa?Görən hansı yaxşıdır;içində nə isə qışqırmaq ,yoxsa ağlamaq?
Heç biri yaxşı deyil,hər ikisi böyük kədərdən doğan şeylərdir,narahatlıqdan doğan şeylərdir,ən yaxşısı ağıllı olmaqdır,soyuqqanlı olmaqdır,amma insanın həyatında elə anlar olur ki,nə ağıllı olmaq olur,nə də soyuqqanlı,elə hey içində nəyinsə qışqırdığı,hər şeyin bir-birinə qarışdığı anlar olur.Və bu qarışıqlığı heç cür səhmana salmaq olmur.
Amma o,getməlidir,çünki başladığı bir yol var;dünyadakı bir çox kişi kimi o da özünə bir yol seçib,indi ilk çarpışmada bu yoldan dönə bilməz,dönməməlidir.Görkəmli kişilər olub həyatda və onlar öz başladıqları yolu heç nəyə görə tərk etməyiblər,yəqin ki ,tərk edə bilməyiblər,ölümün gözünə dik baxıblar,söhbət nə olursa olsun yollarına davam ediblər,sarsılmayıblar. Həyat bu:həyat mübarizləri sevir; o da başladığı yol uğrunda mübarizə aparacaq, onu buraxmayacaq .Yolun özünün nə isə qəribə qüvvəsi var;yol özü onu çəkib aparır;sanki yol deyil,taledir,elə əslində də belədir,yollar taleyimizlə çox bağlıdır,insanın kimliyini müəyyənləşdirir.Yol insanlığı şərtləndirir.
Əgər o, yolu buraxıb Özləmi tutsa, onda yol qışqırmağa başlayacaq,yəqin ki, başlayacaq
.Hərdən ona elə gəlir ki, onun yolu Tanrı tərəfindən kimlərinsə hörmətinə müəyyənləşdirilib.Bu boyda Şebinkarahisarın ümididir bəlkə, o.Şebinkarahisar...dünyada bənzəri olmayan,gözəlliyi dillərə dastan olan cənnət misallı bir diyar… Kimlər yaşayıb cənnət guşələrində ......Bəlkə onların ruhudur onu gələcəyə belə şərtləndirən?
Bir bax ürəyi ağrıyır,içi parçalanır ,lakin seçdiyi yolu gedəcəyini, bir an da geri durmayacağını bilir...Amma qəlbi bütün ömrü boyu
......
BÜLBÜLCE SEVDALARI, GÜLLERİNDE UNUTTUM;
DUMAN YÜKLÜ DAĞLARI, BELLERİNDE UNUTTUM;
ŞEBİNGÜLLÜ BAĞLARI, YOLLARINDA UNUTTUM..
SENDE GEÇEN ÇAĞLARI, KOLLARINDA UNUTTUM...söyləyəcəkdi.
…… ...
Özləm tez-tez qaçıb Çobanlar Çeşməsinə gedir,bulağın başında oturur ,axıb gedən,sanki qəmgin nəğmələr pıçıldayan sulara baxır və fikirləşirdi:...Getdi...o getdi...yollar onu çəkib apardı.Bax elə bu yollarla getdi.Onunla əl-ələ,qol-qola gəzdiyi yollarla;elə bu mavi səmanın,ağ, pəmbə buludların altı ilə uzanıb gedən yollarla getdi.Mavi səmanı da,ağ, pəmbə buludları da ,Egribeli də,Çobanlar Çeşməsini də,Avutmuşu da-hamısını tək və tənha qoydu və getdi.Və bu gün buralar hamısı; Şebinkarahisar,Egribel,Çobanlar Çeşməsi,Avutmuş...mavi göylər,ağ,pəmbə buludlar onsuz çox darıxdırıcıdır.Çöllər,düzlər,saralmış otlar,yağan yağışlar,əsən küləklər,üşüyən və cükküldəşən sərçələr,quşlar-hamısı çox kədərlidir.Dünya heç ovunmur,nə isə qəmə-qüssəyə bürünür..Artıq hər şey bitdi..Quşlar necə də həyəcanlıdır;sanki yağan yağışların,əsən küləklərin, bu amansız və sərt təbiətin onlara rəhm etməyəcəyini hiss edirlər...Rəhm etməyəcək...bu acımasız həyat ,bu soyuq,üzü dönmüş dağlar onlara rəhm etməyəcək..Payız küləkləri çox amansızlıqla onların qurumuş çör-çöpdən hörülmüş yuvaların havaya sovurur.Təbiət necə də amansızlaşıb...Elə bir neçə ay bundan əvvəl hər şey bir başqa idi;hər şey işıq saçırdı,xoşbəxtlik saçırdı,təbiət hər gün bir başqa gözəlliklə,səxavətlə canlılara gəl- gəl deyirdi,onları heyrətləndirirdi,sonsuz nemətlərini ,sonsuz səxavətini bəxş edirdi insanlara,dağlara-daşlara,otlara,çiçəklərə,quşlara,bülbüllərə,qumrulara...Bu günsə sanki Təbiətin üzü dönüb və belə acımasız olub...Nə oldu ...insanlar,quşlar,otlar,çiçəklər onu nəylə hirsləndirdilər? Bəs Özləm...görən  nə etdi ki..Hikmət onu eləcə qoydu getdi...Necə ki təbiət yaratdıqlarına qarşı acımasızdır,eləcə də Hikmət ona qarşı acımasız oldu.Acımasız qanunlar var, deyəsən, bu dünyada və bu acımasız,rəhmsiz qanunlar artıq Özləmin taleyinə də əl uzatdı-heç nə ilə hesablaşmayan acımasız,rəhmsiz qanunlar...Nədən qaynaqlanır bu qanunlar...kimlərin günahının bədəlini ödəyir yazıq insanlar,yazıq quşlar,yazıq otlar,yazıq çiçəklər...
Bir bax,Çobanlar Çeşməsinə;bulaq necə qəmli görünür,-suların səsi belə qəm-qüssə saçır,-sanki qəm şırıldayır-,daşlar belə bombozdur,-sanki kədərdən bozarıb.Hər şey bozarıb;çollər bozarıb,dağlar bozarıb,göylər bozarıb,yağışlar belə bozarıb,Günəşin rəngi də bozarıb.Təbiət sanki qəmə qərq olub,Özləm də qəmə qərq olub.Eləcə payız küləklərinə qoşulub çiçəklər,yarpaqlar kimi sovrulmağı gəlir.Hər şey kədərlidir,nə isə böyük bir kədər hiss edir,içində böyük bir ümüdsüzlük var, hər şeyin sona çatdığını hiss edir, sanki, hansısa amansız qüvvələrin ondan qisas alacağını hiss edir,Hikmət gəlməyəcək,geri dönməyəcək, onun böyük projeləri var,Hikmət heç bunu danmır da ,insanın həyatda bir məqsədi olduğunu vurğulayır,məqsədi üçün lazım gələrsə insanın başından keçməli olduğunu söyləyir.Belə olan surətdə Özlem üçün geri dönəcəkmi?
Doqquz ay az müddət deyil.Özləmi görməyəndən sonra ona qarşı məhəbbəti qalacaqmı? Gələn yay da proje ilə bağlı bir işi çıxsa ,Hikmət kəndə gəlməsə...Yəqin ki, elə belə də olacaq,Özləm indidən hər şeyi hiss edir.Hər şey bitdi,qurtardı...O getdi...O getdi...Həyat nə üçün birdən-birə belə acımasız oldu,Özləm böyüdü...
Bir bax böyümüş otlar,çiçəklər artıq solmuşlar,sovrulmuşlar...Bunlar çox dəhşətlidir,çox ağrılıdır...
Həyatın ilk acısını ən çox sevdiyi adam daddırdı ona,deyən,həyat elə belə qurulub,acıları sevdiklərimiz bəxş edir bizə .
Bir bax,quşlar necə qəmli civildəşir...çox qəml civildəşir...İnsanlar da belə qəmli civildəşirlər...Onun qəlbi də eləcə qəmlə sızıldayır… İndi artıq Çobanlar Çeşməsini gəzmək...gəzmək və ağlamaq düşüb payına.Ağlamaq və darıxmaq...
..........
EĞRİBEL gizemli yer, serzeniş alabora; 
ÇOBANLAR Çeşmesi’ni, aradım sora sora.
BİZİM HİKMET yazılmış, baktığım her duvara..
Sitem, naz, sarıçiçek; ballarında unuttum;
Sende geçen çağları, kollarında unuttum...

Bəzən insanlar bir-birinə qovuşmaq üçün yox,böyük acılar-ayrılıq acıları yaşamaq üçün rast gəlir ,bəlkə... 
…… .....
Hikmət bir də üç ildən sonra Şebinkarahisara dönə bildi.Döndügünde Özlemin ailəsi artıq Şebinkarahisardan köçmüşdü.Nənəsinin deməyinə görə, Özləm heç cür sakit olmurmuş, çox xəstəymiş.Həkim onu bu yerlərdən aparmağı, keçmişləri unutturmağı məsləhət bilib..Və onu da deyirdilər ki,Özləm buralardan gedəndən sonra da nədənsə sağalmayıb günü-gündən geri gedib və atasının ,nənəsinin ciddi –cəhdinə baxmayaraq dünyadan köçüb.Lakin atasından xahiş edib ki,bir də Şebinkarahisara dönməsin :nədənsə qız belə istəyib, .Qız istəyibsə bu atası üçün qanundur demək .
                                                             ...    ...    ...

Dəstə dəstə oğlanlar,qızlar axışıb Hikmətin görüşünə gəlirdi.Şebinkarahisarda,nəinki Şebinkarahisarda,ona yaxın ellərdə də bir canlanma başlamışdı.Hamı gəlir öz təkliflərini ,fikirlərini irəli sürürdü.Artıq bir dəstə gənc yaxın şəhərlərə oxumağa göndərilmişdi.Kəndin içində özfəaliyyət dərnəyi,ədəbiyyat dərnəyi yaradılmışdı.Bir neçə gənc şairə fəxri adlar verilmişdi.Dağda çobanlar,bulaq başında qız-gəlinlər,məcsidlərdə ağsaqqallar ,məktəblərdə müəllimlər-hamı Hikmətdən-bu dağların öz doğma oğlundan danışırdı, onun bu xalq üçün,camaat üçün gördüyü misilsiz işlərdən,çəkdiyi ağır zəhmətdən bəhs edirdi.Hamıda həyat eşqi,yaşamaq həvəsi güclənmişdi;camaat adı dillərə dastan olan fındık ,tut, gilas ,alma yetişdirmək üçün can başla çalışırdı.Həyat öz axarı ilə davam edirdi,lakin...
Bütün bunlar çox sevindirirdi Hikməti.Artıq Şebinkarahisarın dirçəlişi yolunda addımlar atılırdı.Bu addımları mətin addımlarla o və Şebinkarahisar cavanları atırdı .Ətrafına yüzlərlə gənc toplamışdı və bu gənclər həm onun davamçıları,həm də Şebinkarahisarın ümüdü idi.Lakin...Özlem heç yadından çıxmırdıHikmətin,-qoruya bilmədiyi –dünyalar qədər sevdiyi körpə, nazlı bir çiçək.Haralardadır indi? Çox istəyir Hikmət sevincini onunla paylaşsın, onsuz keçirtdiyi bu illərin şirinli,acılı xatirələrini onunla bölüşsün,ona açsın dərdlərini,onu ortaq etsin sevinclərinə .İstəyir sevinclə ona desin:
.....
Boş geçmedim konuyu, gündem yaptım dertleri..
Kültür hazinemizin, öncü oldu mertleri.
Türkiye Sevdası kaynak, Cennet çiçek hediye..
’’ Bizim Sevdamız Bitmez ’’ söz Bizim Hikmet diye.

Lakin ...nə yazıq ki...belə deyir:

Aldığın suların izi var bende..
Işık ol, balık ol, geri gel derim.
Yeşil çevrecinin sözü var bende..
Mavi etrafında yeşil ol derim.
…… ...
Bu da taleyin bir naxışıdır ...Kim taledən baş açıb ki..
Not:
'' Şu Yolların Çilesi '' isimli Şeirli Romanımda istifadə olunmuş şeirlər tanınmış Türk Şairi Hikmet Okuyarındır. Müəllif : Şiringül Musayeva

Bişmiş noxudun faydaları

$
0
0
Noxud ən qədim bitkilərdən biridir. Qurumuş noxud hətta qədim ehramlarda tapılırdı. Noxudun faydaları saymaqla bitməz. Zülallarla zəngin olan noxudu hətta «kasıbların əti» adlandırırlar.
Noxudun tərkibində zülallar, bir çox vacib minerallar (kalium, dəmir, kalsium, fosfor və s.), nişasta, B qrupu vitaminləri, aminturşuları, qidalı liflər və s. faydalı maddələr var. Bişmiş noxud öz faydalı xüsusiyyətlərini itirmir.
Davamı

Sağlam qidalanma uşaqları xoşbəxt edir

$
0
0
Sağlam qidalanma çəkidən asılı olmayaraq uşaqların daha sakit olmasına səbəb olur. İsveçin Höteborq Universitetinin nəzdində fəaliyyət göstərən Salqrensika Akademiyasının alimlərinin apardığı araşdırma nəticəsində rafinə edilmiş şəkər və yağın istifadəsinin məhdudlaşdırılması və meyvə-tərəvəz istehlakının artırılması uşaqlarda özünəhörmət duyğusu yaratdığı məlum olub.

Bununla yanaşı, həmin qidalar sayəsində balacaların özlərini güclü hiss etməsi, emosional problemlərlə üzləşməməsi, yaşıdları və ailələri ilə daha yaxşı münasibət qurduğu aşkarlanıb.
Davamı

Abortdan əvvəl və sonra

$
0
0
Abort qadın üçün əhəmiyyətli qərarlardan biridir. Abortdan sonra psixoloji olaraq yaxşı hiss etməyiniz üçün bir psixoloqdan da kömək ala bilərsiniz.
Abort etdirəcəyiniz gün yalnız olmamağınız məsləhətdir. Anesteziya alacağınız üçün yanınızda duracaq və sizə kömək olacaq birinin olması yaxşıdır.

Həkiminizlə lokal, yaxud ümumi anesteziyanı seçməyinizlə bağlı məsləhətləşin. Uşaq əmizdirirsinizsə, lokal anesteziyanı istəyə bilərsiniz. Sizin üçün uyğun varianta həkiminizlə birlikdə qərar verə bilərsiniz. Ümumi anesteziya tətbiq olunacaqsa, adətən əməliyyatdan öncəki 6 saat boyu yemək yeməməli və su içməməlisiniz. Bununla əlaqədar dəqiq məlumatı yenə də həkiminizdən alın.
Davamı

İmtina | Vudi Allen

$
0
0
Mən inanıram ki, həyatın mənası var.
Bütün insanlar – varlılar da, kasıblar da əvvəl-axır Allahın Şəhərinə köçəcəklər.
                                                                                                              Vudi Allen

Boris İvanoviç zərfi açıb məktubu oxuyanda özünün də, arvadı Annanın da rəngi qaçdı. Manhettenin ən yaxşı uşaq bağçası üç yaşlı oğulları Mişanı qəbul etməmişdi.                        
–İmtina edə bilməzlər, ola bilməz! – Boris İvanoviç xəbərdən sarsılmışdı.
–Yox, yox! Yəqin səhv gedib,  – arvadı onunla razılaşdı.
– Əvvəla o, diribaş uşaqdı, xoşxasiyyət və üzüyoladır, yaxşı nitq qabiliyyəti var, rəssamlığı da pis deyil, Cənab Kartofbaş oyuncağını da quraşdıra bilir.
Boris İvanoviç həyatdan qopub kədərə qərq oldu. Balaca Mişa nüfuzlu məktəbəqədər təhsil müəssisəsinə daxil ola bilməyib! Bundan sonra “Bear Stirns”dəki iş yoldaşlarının üzünə necə baxacaq?! Hətta bir anlıq qulağında Semyonovun rişxənd dolu səsini cingildədi:    
Davamı

Molla Nəsrəddin

$
0
0
Əsl adı Xoca Nəsrəddin olan şəxsi hamı Molla Nəsrəddin kimi tanıyır. Xoca Nəsrəddin insanlar tərəfindən o qədər sevilib ki, hər kəs onu öz dövlətinə aid edib. Ancaq avropalı və rus tədqiqatçılar onun türk mənşəli olduğunu təsdiq etmişlər. Molla Nəsrəddinin şəxsiyyəti haqda çox az məlumat var.

Bir çox mənbələrdə onun 1208-ci ildə, bəzi mənbələrdə isə 1308-ci ildə anadan olduğu iddia edilir. O, Sivrihisarın Xorto şəhərində doğulmuş, lakin Konya sultanlığının quberniyası sayılan Ağşəhərdə yaşamışdır. Elə oxuduğu Konya mədrəsəsində də öz hazırcavablığı ilə seçilirdi. Molla Nəsrəddinin atası Abdulla əfəndi imam olmuşdur, lakin o uzun yaşamayıb. Nəsrəddin mədrəsədə oxuyarkən atasını itirir. Və bundan sonra onunçün kənddə qalmaq çətin olur.

1237-ci ildə o, Ağşəhərə gəlir və bölgə qazısı kimi işləməyə başlayır. Bu vəzifədə işlərkən də ona «Nəsrəddin Xoca» deyə müraciət edirdilər və o, bu adla da tarixə düşüb.
Davamı

Şəkərsiz mürəbbə

$
0
0
Pəhrizdə oturanlar və şəkər xəstələri xüsusən bu mürəbbədən rahatlıqla istifadə edə bilərlər. Mürəbbədə süni şəkər yoxdur.

Şəkərsiz mürəbbə hazırlamaq üçün lazım olan ərzaqlar:
2 kq çox sulu olmayan meyvə (tumu çıxarılmış),
2 stəkan alma şirəsi (evdə sıxılmış),
3 yemək qaşığı bəhməz,
2 çay qaşığı limon duzu.

Davamı

Dünyanın ən güclü heyvanları

$
0
0
Təbiətdə insanlardan başqa hansı canlıların daha güclü, daha sürətli olması hər zaman maraqlıdır. Bir çox heyvanlar var ki, gücləri ilə insanı heyrətləndirir.

Lir quşu
Bu heyvanın ən mükəmməl gücü gördüyü hər bir səsi təqlid edə bilməsidir. Onun bu qabiliyyəti o qədər inkişaf edib ki, təkcə quşların və heyvanların səslərini deyil, hətta fotoaparatın, meşədə ağac kəsən elektrik mişarının da səsini qüsursuz şəkildə təqlid edə bilir.

Davamı

Orqanizmi toksinlərdən təmizləyən içki

$
0
0
Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər. Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır.

Cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.

Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.
Davamı

Kişilərin bədən dili nə deyir?

$
0
0
Mütəxəssislər bildirir ki, kişiləri yaxşı müşahidə etməklə onların düşüncələrini oxumaq mümkündür. Tərəf müqabilinizin düşüncələrini anlamaq üçün sadəcə olaraq bəzi məqamlara diqqət yetirməniz kifayətdir.

Yalan söyləyir
Burun və ya qulaqları oynayar. Bir kişi yalan söyləyərkən ifşa olunmaqdan qorxduğu üçün ürək döyüntüsü artır və burun, qulaq, alnında qan sürətlə dövr etməyə başlayır. Bu isə titrəyişə səbəb olur. Bu zaman ona doğrunu dedirtmək üçün dost maskanızı taxın. Sonra da günahlandırıcı rəftardan çox, maraqlı görünürmüş kimi suallarınızı ünvanlayın. Sanki əhəmiyyətsiz görünürmüş kimi davranın, əgər onu kifayət qədər dinləyəcək qədər səbrli olsanız, fikirləri dolaşacaq və doğrunu sizə söyləyəcək.
Davamı
Viewing all 12254 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>