Quantcast
Channel: Kayzen
Viewing all 12254 articles
Browse latest View live

Möcüzəli goji meyvəsi

$
0
0
Bütün dünyada goji meyvəsi sürətlə arıqlamağa kömək edən meyvə kimi tanınır. Bu olduqca faydalı meyvəni bəzən zirinclə səhv salırlar, lakin bu tamam fərqli bitkilərdir. Goji meyvələri əsasən Çində yetişdirilir. Satışda qurudulmuş şəkildə goji meyvəsini tapmaq olar.

Goji kiçik yumşaq meyvələri olan, illər boyu Tibetdə kol formasında bitən bitkidir. Tibetlilər yüz illərlə gojidən hazırladıqları dərmanı böyrək və qaraciyər müalicəsində istifadə ediblər. Bu meyvə eyni zamanda sağlamlıq baxımından inanılmaz faydalara malikdir.
Davamı

Fəlsəfə intellektual söhbətdir, ya həyat təlimi?

$
0
0
Deyək ki, Vudi Allenin hansısa filmindəyik… Şərab içə-içə fəlsəfədən danışırıq. Və deyək ki, o gün dostlarımıza təsir etmək, biliyimizin nə qədər geniş olduğunu göstərmək üçün hansısa məşhur filosofun ifadəsindən söz açmağı münasib gördük.

Amma sözə gəlincə, baxdıq ki, məişət dilində ifadə edilərkən mənasını itirir. Yəni, əgər filosofumuzun istifadə etdiyi xüsusi terminologiyanı, özü icad etdiyi söz və anlayışları istifadə etməsək, başa saldığımızdan bir məna çıxmır… Bəzi söylədiklərimizi özümüz də anlamırıq, masadakıların başa düşəcəyinə ümid edirik. Çarəsizcə deyirik: "...Bilmirəm, başa sala bilirəmmi?"
Davamı

Görkəmli yazarların sirli həyatı: Henri Devid Toro

$
0
0
Sovet yəhudi-dissidentlərindən xeyli əvvəl yaşamağına baxmayaraq, Henri Devid Toronu dünya tarixində ilk imtinaçı (bu qəribə termin həmin yəhudi-dissidentlərin hesabına yaranıb) adlandırmaq olar. Bu adam hər zaman nədənsə imtina edərdi. Məsələn, Harvard universitetini bitirib incəsənət magistri diplomu almaq üçün 5 dollar ödəməkdən imtina edib. “5 dollara dəyməz, – Toro deyib, – hər qoyuna öz dərisində dolaşmaq üçün şərait yaratmaq lazımdır”.

Konkord Akademiyasına, belə bir mötəbər təhsil ocağına işə düzəldikdən sonra uşaqlara cismani cəza verməkdən imtina edib. Məktəb rəhbərliyi subordinasiyanı pozduğu üçün onu işdən çıxarıb, bu itaətsizlik onun gələcək karyerasına çox pis təsir göstərib. 

Digər məşhur etirazı isə 1847-ci ildə olub. Toro Amerikanın Meksikadakı vətəndaş müharibəsinə qoşulmağı ilə bağlı etiraz üçün toplanan 1 dollarlıq vergini ödəməkdən imtina edib. Toro onun yerinə vergi ödəməyə gələn himayədarı Ralf Uoldo Emersonla (şayiələrə görə) mübahisə edərək həbsxanaya düşüb.
Davamı

...

$
0
0
Yazılmayan şeirlərdən kağız çiçək dəstələri.
Bəmbəyazdı bu güllərin mürəkkəbsiz ləçəkləri.
Sadə bəyaz vərəqlərdi, yox mürəkkəb, yoxdur sətir,
Nə gözyaşı yağışı var, nə yolda qız, nə də çətir.
Bircə O var. Həsrət ilə baxıb çölə pəncərədən,
Ürəyində şeir deyir yazılmamış sətrlərdən.
Davamı

Məktəbdə davranış qaydaları

$
0
0
İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.

«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.
Davamı

Süd və ağartı məhsullarının hazırlanması və saxlanılması

$
0
0
Ümumiyyətlə südün tərkibində 30-a yaxın vitamin var. Bundan başqa, süd, zülal, lipid, mineral maddə, mikroelement və müxtəlif fermentlərlə zəngindir. Azərbaycan mətbəxinin misalında süddən hazırlanan bəzi yemək və ərzaqlar haqqında söhbət açaq.

Qədimdə həkimlər ilk növbədə xəstədən soruşardılar ki, onun inəkdən, camışdan nəyi var və xəstə hər gün südlü yemək yeyirmi? Xəstənin tez sağalması üçün həkimlər ona təzə may balı ilə kərə yağı və ya süd yazardılar. Süd yeməyi sağlamlığın və uzunömürlülüyün rəmzidir. Bu gün də istər şəhər sakinləri, istərsə də kənd əhli, səhər-axşam, bəzən isə günorta yeməklərində də süd ərzaqlarından, eləcə də süddən hazırlanan yeməklərdən faydalanır. Qoyun pendiri, kəsmik, qatıq düzgün qidalanmanın ən əsas komponentlərindəndir.
Davamı

Heyva və bal

$
0
0
Bir-birindən güclü antioksidant təsirli iki qida — bal və heyva birlikdə yeyildikdə orqanizmdə nə baş verə bilər?
 
Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir. 
— Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
 
— Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
Davamı

İosif Brodski

$
0
0
Rus şairi və esse ustası İosif Brodski (1940-1996) Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Onun milliyyətcə yəhudi olan valideynləri bir neçə dil bilən ziyalı insanlar olmuşlar.

1947-ci ildə orta məktəbin 1-ci sinfinə gedən Brodski sonra bir neçə məktəb dəyişir. Dördüncü sinfi bitərən İosifə sinif rəhbəri belə bir məzmunda xasiyyətnamə verir: «Bu uşaq xarakterinə görə inadkar, sarsılmaz, həm də tənbəldir. Yazılı ev tapşırıqlarını ya çox pis yerinə yetirir, ya da ümumiyyətlə yerinə yetirmir.

Dəftəri dərsə aidiyyatı olmayan qeydlər və rəsmlərlə doludur. Bunlara baxmayaraq, qabiliyyətlidir, əlaçı da ola bilər, lakin cəhd göstərmir». Yeddinci sinfi bir neçə «iki» ilə «başa vuran» gələcəyin şairi təhsilini axşam məktbinə dəyişir və azad dinləyici kimi universitet mühazirələrində iştirak edir. Sonda o, sərbəst mütaliə hesabına geniş erudisiyalı bir şəxsə çevrilir. Qısa bir vaxtda ingilis və polyak dillərini dərindən mənimsəyir, latın, italyan və fransız dilində mətnləri çətinlik çəkmədən oxuyur.
Davamı

Qisas hissi

$
0
0
Pislik edən birinə anında adekvat cavab vermək yaxud hadisədən qısa zaman sonra əvəzini çıxmaq mümkün olmursa, beynimiz avtomatik proseslər işə salır: pislik etmiş adamın cəzalandırılmasına dair xəyali ssenarilər qurur. Belə xəyallar şüuraltında baş tutmuş hadisə illüziyası yaradır, sanki həmin adamdan real qisas alınıb kimi əsassız hislər yaranır. Bununla, həm pisliyin yaşatdığı acılar azalır, həm də gerçəkdən qisas almaq motivasiyası zəifləyir.

Bu, məsələnin şüuraltı tərəfidir. Şüur isə diktə edir ki, qisas almaq üçün münasib fürsət yaranmasını gözləmək, hazırlaşmaq lazımdır. Məsələyə münasib fürsət gözləntisi ilə yanaşmaq özü də bir təsəllidir. “İndi mümkün deyil, ancaq gələcəkdə mütləq əvəzini çıxacam” — belə bir yanaşma pisliyin acılarını azaltmaqla bərabər, insanın öz qururu qarşısında özünə-bəraətini təmin edir. Münasib fürsət yaranacaqmı, yaransa əgər, insan öz-özünə vəd etdiyi qisası alacaqmı – bunlar sonrakı işlərdir.
Davamı

Evangelist marketinq

$
0
0
Evangelizm – marketinqin “qulaqdan qulağa” şəklində genişlənən formasıdır. Bu zaman hər hansı bir şirkətin məhsul və yaxud xidmətinə qarşı böyük inama sahib olan evangelist müştəri digər potensial müştəri qismində olan şəxslərə həmin məhsulu almağı və yaxud xidmətdən yararlanmağı məsləhət görür. Belə müştərilər könüllü şəkildə brendin tanınmasında iştirak etmiş olur.

Bəzən marketinqdə evangelizm və partnyor marketinqi bir-biri ilə səhv salınır. Lakin unutmaq lazım deyil ki, partnyor proqramlar bu tanınmanı pul qarşılığında və yaxud məhsul qismində etməyə razıdırlar.
Davamı

Barmaq şaqqıltısının səbəbləri

$
0
0
Bir çoxumuz barmaqlarımızı şaqqıldatmağa vərdiş etmişik. Çoxumuz “sümüklərim boşalıb, kalsium çatışmır” deyə buna səbəb gətiririk və eşidilən həmin səsin sümüklərdən çıxan səs olduğunu düşünürük.

Ən çox və asanlıqla şaqqıldayan yerlər oynaq yerləridir. Bu tip oynaq yerlərində, misal olaraq, barmaqlarda iki sümüyün birləşdiyi yerdə bir bağlantı kapsulu var.

Barmaqlarınız gərilərkən bu kapsul da gərilir. Bu kapsulun içində sümüklərin hərəkəti zamanı onları yağlayan bir maye var. Mayenin tərkibində ərimiş halda oksigen, karbondioksid və nitrogen qaz qabarcıqları var. Barmaqlarımızı şaqqıldadarkən mayenin təzyiqi azalır və qaz qabarcıqları partlamağa başlayır.

Buna görə barmaqlarımızı şaqqıldadarkən eşidilən sümüklərin deyil, bu qabarcıqların partlamasının səsidir.
Davamı

Düşüncəmizi, ətrafı qavrama və davranışımızı dəyişən infeksiyalar

$
0
0
İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və....öz parazitləri vardır. Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir.

Mən də bilmirdim.
Amma özü-özünə suallar soruşan, anlamaqda, dərk etməkdə dürüst və ədalətli davranan hər kəs əvvəl-axır cavabı da alır.

Çoxunuz Misir ehramlarını görmüsünüz. Bundan 2 500 il əvvəl Misirdə Nil çayının sahilində böyük bir mədəniyyət olub. Məqbərələr və geri qalan mədəni miras o qədər möhtəşəmdir ki, bir çox insan Misirlə bağlı əşyaları evində gözünün qabağında saxlayır. O cümlədən pişik heykəllərini. Qədim misirlilər pişikləri çox seviblər. Bir növ sitayiş ediblər yəni. Bu fakt alimlərin diqqətindən yayınmayıb.
Davamı

Heyva şirniyyatı

$
0
0
Tərkibi:
5 ədəd heyva
1 stəkan yarım şəkər tozu
4 ədəd mixək
1 ədəd çubuq darçın
2 stəkan su

Hazırlanması:
Əvvəlcə heyvaları yuyun. Qabıqlarını soyub ortadan iki yerə bölün və dənələrini çıxarın. Ortasını oyun, amma atmayın. Bir ləyəndə heyvaların boyunu keçməyəcək qədər su tökün və 15-20 dəqiqə qaynadın.
Davamı

Bir insanın ana vətəni uşaqlığıdır

$
0
0
Bir gün seminara başlamazdan öncə orta yaşlı bir kişi gəldi.
— Müəllim, əlinizi öpmək istəyirəm, dedi. Əl öpdürməkdən xoşum gəlmədiyi üçün qoymadım, amma soruşdum:
— Xeyir ola? Niyə öpmək istəyirsən əlimi?
— Müəllim, 3 il öncə seminarınıza gəldim və bütün həyatım dəyişdi. İndi daha xoşbəxt bir ailəm var və bunu sizə borcluyam.
— Nə oldu ki? Necə oldu?

— 3 il öncə şirkətimizin təşkil etdiyi 2 günlük seminarda bizimlə bərabər idiniz. O seminarda dediniz ki, «Bir insanın ana vətəni uşaqlığıdır. Uşaqlığını doya-doya yaşamamış bir insanın xoşbəxt olması çox çətindir. Bir ananın, atanın əsas vəzifəsi övladlarının uşaqlığını düzgün yaşamasına şərait yaratmaqdır.»
Davamı

Kontraseptivlər haqda bilmədiyiniz faktlar

$
0
0
Bütün dünyada hamiləlik əleyhinə preparatlar (kontraseptiv həblər) arzuolumaz hamiləliyin qarşısını alan və tez-tez istifadə olunan vasitədir.

Müasir hamiləlik əleyhinə həblər daha effektlidir və onların yanaşı təsirləri, əks-göstərişləri daha azdır. Belə həblər arzuolunmaz hamiləliyin riskini 99% azaldır. Bundan əlavə düzgün seçilmiş belə preparat qadın orqanizminə müsbət təsir edir — hormonal fonunu tənzimləyir, bəzi qadın cinsiyyət sistemi xəstəliklərinin riskini azaldır, güclü qanaxmaların və menstruasiya öncəsi sindromun qarşısını alır, dərinin vəziyyətini yaxşılaşdırır və s. Bu səbəbdən hamiləlik əleyhinə həblər bəzi pozulmalar zamanı cinsi həyatı yaşamayan qızlara da müalicəvi vasitə kimi təyin olunur.
Davamı

Kartof suyu

$
0
0
Kartof təkcə ölkəmizdə deyil, dünyada da sevilən və olduqca faydalı tərəvəzlərdən biridir. Kartofdan müxtəlif cür yeməklər hazırlanır. Bu yazıda isə biz oxucuları çiy kartof suyunun çoxlarına məlum olmayan faydaları ilə tanış etmişik.

Kartof suyunun çox yaxşı iltihab önləyici xüsusiyyətləri var. Bel, kürək və oynaq ağrılarının aradan qaldırılmasında təsirlidir. Podaqra xəstəliyində faydalıdır. Kartof suyu bütün bədəndə qan dövranının yaxşılaşmasına yardım edir. Xüsusilə səhərlər ac qarına içmək təklif olunur. Bu, reflyuks xəstələrinə çox yaxşı təsir edir.

Kartof suyu həzm sisteminin fəaliyyətini yaxşılaşdırır. Qəbizlik, ishal, şişkinlik, mədə yanması və mədə pozğunluğu kimi problemlərə müalicəvi təsir göstərir. Kartof suyu orqanizmdən zərərli maddələri xaric edir. Odur ki, bu su qaraciyərin və yağının təmizlənməsi baxımdan da faydalıdır. Kartof suyu sidik yollarında daş əmələ gəlməsinim də qarşısını alır.
Davamı

Portret | Oldos Haksli

$
0
0
— Rəsmlər? — Cənab Biqqer soruşdu, — demək rəsmlərə baxmaq istəyirsiniz. İndi muzeyimizdə müasir fransız və ingilis rəssamlarının əsərlərindən ibarət maraqlı, rəngarəng sərgi var.
Müştəri başını tərpədərək — yox, müasir rəsmlər istəmirəm, — yumşaq  şimali İngiltərə ləhcəsiylə dedi. — Mənə Rembrandtın, Reynoldsun əsərləri kimi qədim və əsl rəsmlər lazımdır.
— Olsun. Bizdə qədim əsərlər də var.
— Məsələ bundadı ki, bu yaxınlarda malikanə almışam.
Cənab Biqqer gülümsədi. Saf görünüşlü bu adamda insana təsir edən səmimiyyət var idi. Qəfildən ağlının ucundan onun necə bir var-dövlətə sahib olduğunu keçirdi. «Malikanə». İlk görüşdən bunu deməsi çox yaxşıydı. Qarşısındakı adam cəmiyyətin alt təbəqəsindən malikanə sahibliyinə, piramidanın alt qatından zirvəsinə qədər qalxmışdı. Onun həyat hekayəsi, sosial siniflərin tarixi xüsusi vurğu ilə dediyi «malikanə» sözündə gizlənmişdi.
Davamı

Təbriz Əli - Bu təkcə laylay deyil!

$
0
0

BU TƏKCE LAYLAY DEYIL, VƏTƏNIMIN SƏSIDIR!!!
Gecənin bu çaginda, qar-tufan boraninda,
Gözəl Laylay səslənir, ananin ocağında,
Bu təkcə Laylay deyil…!
Vətən, torpaq, cəngidir,
Qayasında hər bitən çiçəklərin rəngidir,
Bu körpə damarında,
Qan deyil, Kür-Arazdır.
Əsrlər arxasından bizə gələn ayazdır,
Mavi alov saçan Xəzərimin səsidir,
Qayaları hayqıran Kəlbəcərin səsidir,
Dağı,daşı,mamırı
Laləsi yalqız qalan, Laçınımın səsidir.
Bu təkcə Laylay deyil! Qarabağın səsidir.
Xarı Bülbül səsidir, Üzeyirin səsidir.
Tənqidləri dağ yaran Sabirin nəfəsidir.
Bu təkcə Laylay deyil! Tarımın,Kamanımın,
Ürəkləri oxşayan Turanımın səsidir.
37-di qurbanı Müşviqimin səsidir.
Əsrlərin övladı Xəlilimin səsidir.
Torpaq üçün şəhid olan,
Adı ürəkdə qalan, Mübarizin səsidir.
Sorma kimdir O ANA?!
Südü qarışar qana, sevgi dolu insana,
Bütün Bəşər bir yana, mənim Anam bir yana,
Çünki Vətən bir Ana!!!
Bu təkcə Laylay deyil! Vətənimin Səsidir!
Vicdanımın səsidir!
Ləyaqətin bayrağı, cəsurların rəmzidir.
Bu Təbrizin səsidir!!!
 
 

Əzgilin faydaları

$
0
0
Əzgilin tərkibində şəkərlər, meyvə turşuları, C, B qrupu vitaminləri, beta-karotin (A vitamini), fol turşusu, pektinlər, fitonsidlər, büzücü maddələr, çoxlu sayda müxtəlif minerallar (kalium, kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, selin və s.) var.

Əzgil mədə-bağırsaq sisteminin həkimidir. Kal əzgil ishalı müalicə edir, bağırsaqları yığır, dəymiş əzgil isə əksinə, qəbizlikdən azad edir, bağırsaqları çox yaxşı təmizləyir. Əzgil pektinlərlə zəngindir. Bu maddələr orqanizmdə yığılan ziyanlı maddələri (toksinlər, radionukleidlər, ağır metalların duzları və s.) xaric edir. Əzgili uzun müddət ərzində qəbul edən insan orqanizmi əsaslı şəkildə təmizləyə bilər.
Davamı

Divar kağızlarının təmizlənməsi

$
0
0
Sirr deyil ki, hər bir ailədə kiçik rəssamlar böyüyür, və onlar istedadlarını ən çox divar kağızlarının üzərində sübut etməyə çalışırlar. Bu isə ailə büdcəsinə böyük ziyan deməkdir. Rəngli flamasterlə yazılmış divar kağızlarını üz qırxmaq üçün olan köpüklə təmizləyə bilərsiniz. Öncə köpüyü yazıların üzərinə sürtün, 1 neçə dəqiqə saxlayıb, yuyun.

Bundan əlavə qələm, famaster və digər çətin ləkələri kartof nişastası və sudan hazırlanmış şiləyə (kaşa) limon duzu əlavə edərək hazırlanmış məhlulla silə bilərsiniz. Məhlulu öncə pambığa batırıb, ləkələrin üzərinə çəkin. Bu prosesi ləkə tam təmizlənənədək təkrarlayın.
Davamı
Viewing all 12254 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>