Quantcast
Channel: Kayzen
Viewing all 12254 articles
Browse latest View live

Bir İqtisadçı Muzdlunun Etirafları

$
0
0

 

"Öz avtomobilini istehsal edə bilməyən ölkəyə borc verib avtomagistrallar inşa etdiririk. Sonra maşınlarımızı onlara satırıq. Daha sonra banklarını pulla satın alırıq. Həmin banklardan xalqa ucuz kreditlər verib daha çox maşın almasını təmin edirik. Beləliklə verdiyimiz o krediti maşınımızı sataraq geri alırıq, həm də faizlə. O ölkəyə Dünya Bankı və ya yaxın qurumlardan kredit təmin edirik. Nizamlanan kredit «Heç Vaxt» o ölkənin xəzinəsinə deyil, həmin ölkədə «layihə» aparan bizim şirkətlərimizin kassasına daxil olur. Enerji stansiyaları, sənaye sahələri, limanlar, nəhəng hava limanları tikilir. Əslində insanların işinə yaramayan bir yığın beton. Bizim şirkətlərimiz qazanarkən, həmin ölkədəki bəziləri də bundan pay alır. Cəmiyyət bu mexanizmdən heç nə qazana bilməz. Üstəlik ölkə böyük bir borcun altına girmiş olur. Bu o qədər böyük bir borcdur ki ödənməsi qeyri-mümkündür. Plan bu şəkildə işləyir. Sonda iqtisadi məsləhətçi kimi onlara gedib deyirik ki; «Bizə böyük miqdarda borcunuz var və ödəyə bilmirsiniz. Gəlin neftinizi bizə satın, qazınızı bizə verin, hərbi bazalara yer göstərin, əsgərlərinizi qoşunlarımıza dəstək olmaları üçün döyüşdüyümüz bölgələrə göndərin, BMT-də bizim üçün səs verin! Elektrik su kanalizasiya sistemlərinizi özəlləşdirin! Onları Amerika şirkətlərinə və ya digər transmilli şirkətlərə satın». Sosial xidmətləri, texniki sistemləri, təhsil müəssisələrini, səhiyyə müəssisələrini hətta ədliyyə sistemlərini ələ keçiririk. Bu, ikili, üçlü, dördlü zərbələr seriyasıdır".

John Perkins


1 həftəyə 5 kilo arıqla

$
0
0

Qeyd etdiyimiz pəhrizdə deyilənlərə diqqətlə əməl etsəniz, 100% zəmanətlə 1 həftəyə 5 kilo arıqlaya biləcəksiniz. Bu pəhrizlə yanaşı idman etmək 1 həftədə  8-12 kilo arıqlamağınıza kömək edəcək.


Ardı

Sarışan hallar nevrozu

$
0
0

Sarışan hallar nevrozu (obsessiv-kompulsiv pozuntu) — təşviş yaradan sarışan fikirlərin (obsessiyalar) meydana çıxması və həmin fikirlərin öz növbəsində müəyyən sarışan hərəkətləri (komplulsiyalar) təkrarlamağa vadar etməsi ilə xarakterizə olunur.

Nevrozun bu növündə sarışan fikirlər psixoloji diskomfort varadır, ondan xilas olmaq üçün insan müəyyən sarışan hərəkətlər edir və bu daxili gərginliyin müvvəqəti azalmasına gətirir. Lakin vəziyyətin bu cür yüngülləşməsi çox davam etmir və sarışan fikirlər yenidən qayıdır. Beləliklə hisslərin və hərəkətlərin «qüsurlu dövranı» yenidən işə düşür.

Belə ki, onunla xəstələnmə riski orta hesabla 2,5%-dir. Bu nevroz intellektual şəxslərdə daha çox rast gəlinir. Qadınlar və kişilər arasında bu pozuntu eyni dərəcədə yayılmışdır. Kişilərdə bu əsəb pozuntusu, bir qayda olaraq, yeniyetmə dövründə başlayır. Qadınlarda isə xəstələnmə halları daha çox 20-30 yaşlarına təsadüf edir.

Sarışan hallar nevrozuna səbəb bioloji və psixoloji amillərdir.

Bu nevrozun müalicəsində iki əsas üsuldan istifadə edilir: dərman müalicəsi və psixoterapiya.

Bu ərzaqları soyuducuda saxlamayın

$
0
0
Pomidor
Pomidor, soyuducunda bütün dadını itirər. Bundan daha böyük cinayət ola bilərmi? Şkafdakı soyuq hava yetkinləşmə mərhələsini dayandırar və yetkinləşmə pomidora dad verən şeydir. Pomidorlarınızı şkafın xaricində bir səbətdə və ya kasada saxlamalısınız.

Reyhan
Reyhan soyuducunda buraxıldığında sürətlə solar, ayrıca ətrafındakı bütün yeməklərə
qoxusunu buraxar. Ən yaxşısı onu çöldə, eynilə kəsilmiş çiçəklər kimi bir stəkan suyun içində saxlamaqdır. Əgər reyhanı uzun müddət saxlamaq istəyirsinizsə Martha Stewart onları qurudub dondurmanızı tövsiyə edir.

Kartof
Kartofu soyuducunun soyuğunda saxlamaq nişastasının şəkərə çevrilməsinə səbəb olur. Kartofları şkafa qoymaq yerinə kağız bir torbaya qoyub sərin bir yerdə saxlamalısınız, soyuq deyil. Kağız torbalar plastiklərdən daha çox işə yarayar çünki bu nəfəs almalarını və gec çürümələrini təmin edər.

Ardı

Oşo - Sirr

$
0
0

İnsan hərdən özünü elə bil heç bir yerə aid deyilmiş kimi çox əcnəbi hiss edər. Bunun səbəbi özündən və “Mən varam” düşüncəsindən başqa heç bir şey deyil.

Dünyada yalnız iki növ insan var: “Mən varam” deyə düşünənlər və “Mən yoxam ” deyə düşünənlər. “Mən varam” deyə düşünənlər mömin olmayanlar, “Mən yoxam” deyə düşünənlər isə mömin olanlardır.

Buddanın möhtəşəm bir cümləsi vardır: “Samadhi* – aydınlanmadır, amma aydınlanmadan əvvəl bir sönmə halıdır o”.
Əhəmiyyətli dərəcədə anlamlı, mühüm bir cümlədir — işığa çevrilmədən, aydınlanmadan əvvəl, eqonun alovunu tamamilə söndürmək lazımdır. Əvvəlcə dərin bir qaranlığın içinə düşmək lazımdır. Sonra həmin qaranlığın özü işığa çevriləcəkdir. Daxili səfərin möcüzəsi budur!


Ardı

Sağlamlığa ziyan vuran geyimlər

$
0
0

Mütəxəssislər tərəfindən sübut olunub ki, bəzi paltar növləri insanın sağlamlığı üçün ziyanlıdır və bir çox xəstəliklərin inkişafına təkan verə bilər.

Belə ziyanlı paltarların arasında:

- Çox dar sıx büsthalterlər (xüsusilə alt hissəsində bərk plastik qövs olanlar) süd vəzilərin sağlamlığı üçün ziyanlıdır və bir çox süd vəzi xəstəliklərinin inkişafına təkan verə bilər. Qadınlar yumşaq və sıx olmayan büsthalterlər taxmalıdır. Gecə büsthalterdə yatmaq olmaz.

- Stringi və tanqa kimi alt paltarlar qadın sağlamlığı üçün çox ziyanlıdır. Nazik zolaq dərini sürtür və qıcıqlandırır. Ən əsası isə odur ki, zolaq anus nahiyəsindən uşaqlıq yoluna daim mikrobları daşıyır. Bu isə iltihablara və infeksiyalara səbəb olur.

- Dar korsetlər diafraqmanın fəaliyyətini pozur, daxili orqanların qan dövranını pisləşdirir. İstənilən orqanın qan dövranı pozulduqda, bu orqanda pozulmalar və xəstəliklər yaranır.

— Qadınlar daha incə görünmək üçün bədəni sıxan alt paltarlar, kolqotlar geyinir. Deyirlər «gözəllik qurban tələb edir». Lakin bu halda qadın öz sağlamlığını qurban verir — daxili orqanların qan dövranı kəskin şəkildə pozulur, həzm prosesləri pozulur, varikozun inkişafının riski artır.


Ardı

Həpsi rəngdir | Səməd Mənsur

$
0
0

Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir. 
Məscidü meyxanə rəng, eyşü ibadət rəngdir,
Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir,
Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.
Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir.

Görmədim bir zərri-xalis buteyi-nasutdə,
Mənəvi min ləkə gördüm ləldə, yaqutdə,
Biqərəz insan olur görmək fəqət tabutdə,
Bilməzəm varmı sədaqət aləmi-lahutdə ,
Azma, fikrim, cümlə ecazü kəramət rəngdir.


Ardı

"Qızıl Əli" ləqəbli prokuror

$
0
0
El arasında hamı onu “Qızıl Əli” deyə tanıyırdı, apardığı qüsursüz işə görə fərqlənirdi.

 Orucov Əli Müseyib oğlu (25.08.1932 –05.11.1992).
Əli Orucov Müseyib oğlu Şəmkir (Şamxor) rayonunda doğulmuşdur. 1949-cu ildə orta məktəbi bitirdirdikdən sonra həmin ildə ADU-nun (İndiki BDU) hüquq fakultəsinə daxil olmuşdur. 1954-cü ildə Universiteti əla qiymətlərlə bitirərək, hüquqşunas diplomuna yiyələnmişdir.

Əli Orucov tələbəlik illərində (1949-1954) boksla məşğul olmuş, orta ağır çəkidə tələbələr arasında Respublika üzrə keçirilən boks yarışlarında dəfələrlə çempion adını qazanmışdır. Hətta SSRİ üzrə tələbələr arasında keçirilən boks yarışlarında Azərbaycan Respublikasını təmsil edərək, vətənə gümüş medallarla qayıtmışdır. Tələbəlik illərində Əlini “boksçu Əli” kimi tanıyırdılarsa, bu qələbələrdən sonra hamı onu “çempion Əli”- deyə, çağırırdı. Tələbə dostları, yoldaşları onu indiyədək “boksçu”, “çempion Əli” kimi xatırlayırlar.

Əli Orucov Müseyib oğlu Universiteti fərqlənmə ilə bitirdikdən sonra Bakı və Şəmkir (Şamxor) şəhərlərində Rabitə şöbəsinin rəisi vəzifələrində, 1960-cı illərin əvvələrindən 1992-ci ilin sonunadək Azərbaycan Prokurorluğu orqanında prokuror köməkçisi və prokuror vəzifələrində çalışmışdır. Ədliyyə müşaviri rütbəsinə qədər yüksəlmişdir.
Ardı

Piri Rəsin xəritəsində maraqlı cəhətlər

$
0
0
 

 

Piri Rəis xəritədə şərqi Avropanı və Şimali Afrikanı tamamilə düzgün bir formada göstərmişdir. Amerika qitəsi hələ kəşf edilmədən əvvəl Piri Rəis xəritəsində cənubi Amerika sahillərini də tanına bilən şəkildə göstərmişdir. Piri-Rəisin çəkdiyi xəritədə yerləşən Amerika qitəsində eramızdan əvvəl yaşamış sivilizasiyanın izləri də mütəxəsislər tərəfindən təsdiqlənmişdir.  Xəritə dəvə dərisi üzərində səkkiz rəngdə çəkilmişdir. Digər maraqlı cəhət xəritədə Antarktida materikinin öz əksini tapması xüsusi əhəmiyyət kəsb edir. Antarktida dağları demək olar ki, dəqiqliklə göstərilmişdir. Belə ki, bu dağlar ancaq 1952-ci ildə səs ötürücü alətlərdən istifadə edilərək müəyyən edilmişdir. Buz altında оlan bu dağların və materikin sahil xətlərinin düzgün müəyyən edilən xəritəsinin tərtib edilməsində Piri Rəisin nəyə əsaslandığı bu gün də elmə sirr olaraq qalır.



Qeyd edək ki, Piri Rəis 1465-ci ildə Geliboluda anadan olmuş, 1554-ci ildə Qahirədə Sultan Süleyman tərəfindən edam edilmişdir.

Mənbə:  /www.gsaz.az/

O avtobus başqa dünyadırl | Stiven Kinq

$
0
0

Uilsonun heç də dünyanın üzügülər adamlarından olmayan anasının bir deyimi vardı: “İşlər tərs gətirəndə elə də davam edir, adamı ağladana qədər”. Anasından öyrəndiyi bütün xalq hikmətləri kimi (“Portağal səhərlər qızıldır, gecələr isə qurğuşun” bir başqa şedevr deyim idi) bunu da yaddaşına yaxşı həkk eləmişdi. Uilson vacib işlərindən əvvəl sığortalanmağa xüsusi fikir verirdi. Özü də bunun bufer — qoruyucu olduğunu hesab edirdi.

Yetkinliyinə çatandan sonra onun həyatında Nyu-York səfərindən mühüm heç nə olmamışdı; orada “Market Forvard”ın yüksək rəhbərliyinə öz işlərini göstərəcək və biznes planının təqdimatını edəcəkdi. “Market Forvard” internet əsrinin ən ciddi reklam şirkətləri sırasında möhkəm dururdu. Uilsonun “Soutland Konsepts” şirkəti isə Birminqhemdə yerləşirdi və bir nəfərlik şirkət idi. Belə fürsət adamın əlinə iki dəfə düşmədiyi üçün buferin dəyəri də artmışdı. Ona görə saat 6:00-da uçan birbaşa reysə minmək üçün saat 4:00-da Birminqhem-Şatlsvort aeroportuna gəldi. Bu reys onu 9:20-də La Quardiya aeroportuna çatdıracaqdı. Onunla görüş – əslində müsahibə – saat 2:30-a təyin olunmuşdu. Beş saatlıq bufer kifayət qədər etibarlı görünürdü.

Başlanğıcda hər şey yaxşı gedirdi. Qapıda aeroport məmuru onu qeydiyyatdan keçirdi və çamadanını birinci dərəcəli sərnişinlərin baqajı üçün nəzərdə tutulmuş yerə qoyulmasına göstəriş yazdı, halbuki Uilson özü, əlbəttə ki, ekonom-klas salonda uçacaqdı. “Belə məsələlərdə vacib olan şey tez müraciət etməkdir, işçilərin qıcıqlanmağa başlamasından əvvəl. Qıcıqlanmış adamlar sənin çamadanının nə qədər vacib bir şey – sənin gələcəyinə bilet olduğunu eşitmək belə istəmirlər”.


Ardı

Sürətli saç uzatmağın 7 üsulu

$
0
0
Uzun saç həqiqətən də qadının yaraşığıdır. İndiki vaxtda qadınlar uzun saçlara qovuşmaq üçün böyük pullar xərcləyir, bir çox üsullara müraciət edirlər. 
Sizə bildirəcəyimiz sürətli saç uzatmanın 7 üsulunu tətbiqi ilə qısa müddətdə uzun və həcmli saçlara qovuşa bilərsiniz. Evdə hazırlayacağınız vəsaitlərdən ibarət olan bu üsul həm sizə ucuz başa gələcək, həm ipək kimi saçlarınız olacaq, həm də heç bir əks təsiri olmayacaqdır.

Bitki yağları ilə masaj edin
Bitki yağları ilə edilən masaj saç uzatmaq üçün ən təsirli üsullardan biridir. Bu üsul saçınızı bəsləyir və qan dövranına kömək edir.
Yalnız bu yağları tətbiq etməzdən əvvəl bir az isidin və ilıq halda saçınıza və saç diblərinə sürtün. Bunun üçün kokos yağı, zeytun yağı, gül yağı, badam yağlarıyla edilən masaj sürətlə saçınıza nüfuz edərək saçlarınızın qısa müddətdə uzanmasını təmin edəcək. Masajı bitirdikdən sonra saçınızda bu yağı yarım saat saxlayın. Bu üsul saçınızın sürətlə uzanmasını təmin etməklə yanaşı, saç tökülməsini və kəpəyin yaranmasını da önləyəcək.

Soğan suyu
Soğan saç uzatmaq üçün yaxşı vasitədir. O, saç köklərinin yenilənməsinə kömək edir. Soğandan faydalanmaq üçün bir kiçik ölçülü soğan, 3 diş sarımsaq və bir çubuq darçın lazımdır. Bütün bu vəsaitləri ən az 15 dəqiqə qaynadın. Hazırladığınız suyu soyuduqda saçınıza çəkin. Bunu 1 həftə etməlisiniz. Soğan, sarımsaq və darçın suyundan ibarət olan bu su saçlarınızın sürətlə uzanmasını təmin edəcək. Bundan əlavə, istəsəniz, şampununuza da bu sudan əlavə edə bilərsiniz.

Kartof suyu
Kartof saç uzatmaq üçün olan vasitələrdən biridir. Şirəçəkən vasitəsilə kartofu sıxıb suyunu çıxarın. Üzərinə 1 yumurta sarısı və 1 çay qaşığı bal əlavə edin. Bu qarışığı saçlarınıza çəkib 20 dəqiqə saxlayın və saçlarınızı ilıq su ilə yaxalayın.
Ardı

Uşaqlarda təmizlik tərbiyəsi

$
0
0
Tərbiyə hər yaşda var, 7-də, 70-də də. Başqasını tərbiyə etmək, özünü tərbiyə etməkdən başlayır. Özünü tərbiyə edə bilməyənin verdiyi tərbiyə əksər hallarda uğursuz olur. Tərbiyə səhvdən qaçmaqdır, doğruya yönəlməkdir, özü ilə mübarizədi ,təmizlənməkdir, arınmaqdır, saflaşmaqdır,gözəlləşməkdir...

Alimlər deyirlər ki, uşağın dünyagörüşü ağ vərəq kimidir, ora istədiyin sözləri yaza bilərsən, ancaq bir məsələ də var ki, hər uşağın imkanları və potensialları eyni olmur.

Təmizlik iki müstəvidə olur: maddi və mənəvi. Hər biri də ciddi tərbiyə tələb edir. Əl-üzümüzü, üst-başımızı su ilə, sabunla təmiz yuduğumuz kimi, mənəvi dünyamızı da səmimi etirafla, üzrxahlıqla ,tövbə ilə təmizləyə bilərik. Özümüzdən başlamalıyıq ki, başqalarını da tərbiyə edə bilək.

Başlayaq mənəvi təmizlikdən. Əgər bir ailədə valideyinlər uşaqları eşidə-eşidə qonşunun arxasınca danışırlarsa, sonra da həmin qonşu ilə rastlaşanda üzlərinə səmimiyyət maskası taxaraq şirin-şirin söhbət edirlərsə, onların verildiyi tərbiyənin heç bir təsiri olmayacaq. Hələ bəlkə həmin uşaq valideynin o qədər də səmimi olmadığını düşünəcək.

Əsl tərbiyə sözlə olmur, gözlə olur. Yəni, uşaq etdiyinə yox, gördüyünə inanır. Eşitdiyindən daha çox gördüyündən dərs alır. Etiraf üzrxahlıq mədəniyyəti tərbiyədə çox mühümdür. Səmimi insan öz səhvi üçün uşağından üzr istəməkdən çəkinməz. Bu qarşı tərəfi tərbiyə etməyin ən gözəl yoludur. Üzr istəmək əskiklik deyil, təmizlənməkdir, dürüstlükdür, böyüklükdür.
Ardı

Mərzə çayının faydaları

$
0
0

Mərzənin güclü ətri var və o, balıq yeməklərində daha çox istifadə edilir. Latınca adı Origanum majorana-dır. İlboyu becərilən və məhsul verən bitkidir. Yüz illərdir ki, bu bitkidən müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Mərzə bitkisi Antik Yunanıstanda və Romada xoşbəxtliyin simvolu kimi tanınırdı. Mərzə çayından daha çox spazm, köp zamanı, sidikqovucu və tərlədici kimi istifadə edilir. Mərzə çayı immun sistemini gücləndirir. Həzm prosesinə çox böyük faydası var. Bunlarla yanaşı o, quru öskürəyə, mədədə köpə, astmaya, revmatik ağrılara, diş ağrısına və baş ağrısına gözəl təsir edir.
Ardı

Qırmızı alov, qara ehtiras, yaşıl sədaqət

$
0
0
Sevdiyiniz rənglərin sizin necə bir insan olduğunuzdan xəbər verdiyini bilirdinizmi? Rənglər insanların sevgi, cinsi həyatı haqqında müəyyən məlumatlar verir.

Qırmızı sevgi və arzunun rəngidir. Sevdiyi rəng qırmızı olan insan həyəcanvericidir. Ehtiraslı sevgi yaşasa da, eyni zamanda başqa bir sevgi yaşamağa da hazırdır. Qırmızı sevənlər alovlu cinsi həyata sahibdirlər.

Qara rəngi sevənlər olduqca ehtiraslı və əzmli insanlardır. Monotonluq onlar üçün deyil.

Ağ rəngi sevənlər nəcib, təvazökar olurlar. Ağ sevən insanlar cinsi həyatda fərqlilikdən utanarlar.

Sarı sevgi, ehtirasdan uzaq bir rəngdir. Sevgi məsələsində eqoist ola bilərlər. İntellektual, zəkalı, özünə güvənən insan olurlar.

Çəhrayı insanı sakitləşdirən bir rəngdir. Sevgi rəngi çəhrayı olanlar şən, həyəcanlı və əyləncəli insanlardır.

Yaşıl güvən və rahatlığı təmsil edir. Sevgidə yaşıl rəng sakitləşdirici təsir göstərir. Bu rəngi sevənlərin cinsi həyatı məsum olur və yaşıl sədaqət rəngidir.
Ardı

Tarixi Şirvanşahlar sarayı

$
0
0

Şirvanşahlar sarayı kompleksi Bakının ən qədim və geniş əraziyə malik tarix-memarlıq abidəsidir.
Şirvanşahlar sarayı XV əsrdə Şirvanşah I Xəlilullah tərəfindən tikdirilib.

Saray 6 əsrlik tarixi ərzində bir çox hadisələrlə üzləşib. Bir növ Azərbaycan tarixinin son 600 ilində baş vermiş hadisələr birbaşa adıçəkilən saraya təsir etmişdir. 1500-cü ildə Fərrux Yasarın Səfəvilərlə döyüşdə məğlub olaraq öldürülməsinə qədər müstəqil Şirvanşahlar dövlətinin himayəsində olan saray Səfəvilərin bura daxil olması ilə yağma və dağıntılara məruz qalıb. Elə məhz bu səbəbdəndir ki, tarixin o dövrlərindən günümüzə saraya aid çox az eksponat gəlib çatıb. Daha sonra Səfəvi-Osmanlı müharibələrində Osmanlıların qələbə qazanması ilə Bakı şəhəri və uyğun olaraq, Şirvanşahlar sarayı Osmanlıların himayəsinə keçib. Hətta sarayın Şərq darvazası da o vaxtkı Osmanlı sultanı III Muradın şərəfinə tikilib.
Ardı

Niyə getdin? Niyə döndün? Niyə baxdın? - Hüseyn Cavid

$
0
0


Gəldin də, niçin pəmbə buludlar kimi axdın,

Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?

Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,
Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Ardı

Xoşladığınız qidalara görə xasiyyətiniz

$
0
0
İnsanların xasiyyətini müxtəlif üsullarla öyrənmək olar. Onlardan biri də insanların yediyi yeməkləri müqayisə etmək və zövqünə görə necə insan olduğunu müəyyən etməkdir.

Eqoistlər
Araşdırmalar göstərib ki, eqoistlər turş yeməkləri xoşlayır.

Romantiklər
Özlərini qurban verməyə hazır olanlar, cəngavər və romantiklər şirniyyat yemədən yaşaya bilmir.  

Xəsislər 
Duzlu yeməyə meyllik xəsislikdən xəbər verir. Bu insanlar əməksevərliyi və yaradıcı olmaları ilə də fərqlənirlər. 

Səmimi insanlar
İstiotlu yeməkləri xoşlayanlar isə sadəlöhv və səmimi olurlar.

Temperamentli insanlar
Qaynar temperamentli acı yeməkləri sevənlər daim macəra axtarışındadırlar. Ən böyük çatışmazlıqları eqoizmdir. Bəzi xəstəliklərdən qurtulmaq üçşün onlar yeməkdə duzdan az istifadə etməlidirlər.
Ardı

Jonathan Franzendən gənc yazarlara məsləhətlər

$
0
0

Jonathan Franzen — Oxucu sənin dostundur, düşmən, yaxud tamaşaçı deyil.

— Əgər roman yazıçının şəxsən özü üçün qorxunc, yaxud naməlum bir aləmə səyahət deyilsə, onu yazmağa dəyməz.

(Yalnız puldan ötrü yazmaq olar).

— İnformasiyanın dünyanın hər yerindən əlyetərli və azad olduğu bir dövrdə roman yazmaqdan ötrü uzun-uzadı araşdırma aparıb qalaq-qalaq material toplamağın da dəyəri azalmış olur.

— Əslində ən dəqiq avtobioqrafik nəsr nümunəsi təxəyyül tələb edir.

— İndiyəcən heç kəs (Kafkanın) “Çevrilmə”si qədər avtobioqrafik hekayə yazmayıb. 

Baxımlı qadın ayaqlarından bilinir

$
0
0

Bədəninizin incə, dırnaqlarınızın manikürlü, saçlarınızın səliqəli, ya dərinizin bronz olması tam mənada mükəmməl görünməniz üçün kifayət deyil. Həqiqətən də baxımlı bir qadının diz, dirsək və topuq bölgələrinə laqeyd yanaşmaması lazımdır.

Diz, dirsək və daban bədənin ən çox sürtünməyə məruz qalan bölgələridir. Buna görə də qısa zamanda sərtləşərək quruyur və tünd rəngdə olur. Sadəcə 3 addımla bu problemdən xilas olub, ipək kimi bir dəri, yumşaq diz, dirsək və çatsız dabanlara qovuşa biləcəksiz.

Ovun
Diz, dirsək və topuq bölgənizi ovcunuza tökdüyünüz təmizləyici məhsul ilə təmizləyin. Məhsulu sürtüb parçayla ovalayın.


Ardı

Falkaonun süqutu

$
0
0
 

Dünya futboluna ulduz futbolçu istehsal edən “Porto” deyəsən bu futbolçuların bəzilərinə pul üçün yox, karyera oynamaları üçün dərs verməyib. Düzdür, Portuqaliya klubundan çıxan oyunçuların demək olar ki, hamısı “Porto”da Avrokubok qazanmaqla məhşurlaşıb. Amma elələri də var ki, böyük əziyyət çəkərək, yüksək ustalıq qabiliyyəti göstərərək, öz formalarının haqlarını veriblər.

Məsələn, kolumbiyalı Radamel Falkao. Braziliyalı Halkla birlikdə hücumda möhtəşəm tandem təşkil edən kolumbiyalı 2011-ci ildə 40 milyon avro qarşılığında İspaniyanın “Atletiko” klubuna keçdi. Klubla Avroliqa və UEFA Superkubokunu qazanan qoleador bir anda Avropanın bütün top-klublarının hədəfinə çevrildi. İngiltərədən “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yuneyted”, Almaniyadan “Bavariya”, İtaliyadan “Yuventus”, Fransadan PSJ, İspaniyadan “Real”, “Barselona” və s. Bu klublar, sözsüz, Avropada at oynadan VIP klublardır. Düşünmək olardı ki, ilk mövsümündəcə 24 qol vuran hücumçu bu klublarından birinə transfer olunacaq və “Atletiko” bu transferdən milyonlarca avronu xəzinəsinə qoyacaq.

Vəziyyət isə yaxşı idi. Falkao 2 il dalbadal Avroliqada qalib olmaqla özünəməxsus rekord müəyyənləşdirmişdi. “Atletiko”nun heyətində qələbədən qələbəyə qaçan qoleador tez bir zamanda bütün klub azarkeşlərinin qəlbində taxt qurmuşdu. 2012-ci ildə ÇL qalibi “Çelsi” ilə Superkubok matçında (4:1) het-trik edən futbolçu dünya futbolunu lərzəyə salmışdı. Həmçinin futbolçu UEFA Superkuboku tarixində het-trik edən ilk futbolçu kimi də tarixə düşdü.

Və… pula satılan o an. 2013-cü ildə Fransanın əslli-köklü klublarından sayılan “Monako” yenidən əsas liqaya vəsiqə qazandı. Klubun sahibi isə milyarder, rusiyalı iş adamı Dmitri Rıbolovlev idi. O iş adamı ki, qızına ad günündə 200 milyon dollarlıq yaxta almışdı.

Kluba milyonluq transfer sərmayəsi yatıran iş adamının ilk bombası məhz haqqında bəhs etdiyim Falkao idi. “Knyazlıq klubu” Falkao üçün ispanlara 60 milyon avro pul ödədi. Klubun rəsmi saytına müsahibə verən rus biznesmen Falkaonun kluba gətirdikləri üçün xoşbəxt olduqlarını və hücumçunun “Monako”da da uğurlu olduğunu qeyd elədi. Həmçinin onu da qeyd edək ki, Falkao 5 illik müqavilədən illik 16 milyon avro qazanacaqdı. Yəni 5 ilə 80 milyon.

İlk mövsümdə çıxdığı 20 oyunda 11 dəfə fərqlənən hücumçu fiaskoya uğradı. Düzdü, Falkao portuqal, ispan futbolundan sonra fransız futboluna öyrəşə bilməzdi. Amma bu ona haqq qazandırmır. Əsl qoleador geyindiyi formanın haqqını verməlidir.

Növbəti sezonda isə Falkao icarə əsasında İngiltərəyə köçdü. “Qırmızı şeytanlar” kolumbiyalını 1 illik icarəyə götürdülər. İngilislər bunun üçün qarşı tərəfə 6 milyon avro ödədilər. Müqavilədə qeyd olunmuşdu ki, ingilislər istəsələr 45 milyona Falkaonun tam satıaalma opsiyonu ilə birdəfəlik heyətinə qata bilərdilər. Amma sən saydığını say, gör Lui Van Qal nə sayır?

Heyətdə Van Persi, Runi kimi ustalar olan klubda Falkaonun işi daha da yüngülləşəcəkdi. Amma karyerasını “Monako”da aldığı və onu DÇ-2014-dən kənar qoyan ciddi zədə ilə öldürən futbolçu İngiltərədə də uğursuz oldu. 15 matç və 4 qol. Müqaviləsi bitər-bitməz Fransaya yollanan futbolçu hal-hazırda “Monako”nun futbolçudur.

Amma hər halda ümidini üzməsin. Bəlkə də onun taleyində “Monako” varmış və bu klubda nəsə edə.

Viewing all 12254 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>