Quantcast
Channel: Kayzen
Viewing all articles
Browse latest Browse all 12254

Mirzə Ələkbər Sabir - Amma, millət a!

$
0
0
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….
Az zamanda nə sərəncam etdi?! Amma, millət a!….
Öz gücün hər qövmə ifham etdi?! Amma, millət a!….
Varlığın mərdanə elam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!..
Basdı, keçdi əhli-İran qatladı hər milləti,
Bildi qədrin, aldı haqqın, qovzadı milliyyəti,
Aldığı məşrutəni parlatdı parlaq qeyrəti,
Əhsənüllah, himməti-tam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

İş başında əyləşən kəslər xəyanətdən səva,Vay, yanıldım, qoy deyim, hə, lap sədaqətdən səva
Etməz oldu bir nəfər olsun da xidmətdən səva,
Var-yoxun həp bəzli-islam etdi! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi! Amma, millət a!….

Əql heyrandır ki, saysin bir-bir əhrarın işin,Qanmaq olmur, anlamaq olmur Sipəhdarın işin,
Yefremin, ya Bağırın, yainki Səttarın işin,
Mərhəbalar! Vəh, nə əncam etdi! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

Eyləsin Səttarü Bağır başqa bir iyma, neçin?Ya hökumət eyləsin əhrarlə dəva, neçin?
Qanmıram, əlqissə, sərdari-Bahadir ya neçin
Bağırı təslim Səmsam etdi?! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

Get, daha ol arxayın, yat, eyləmə sərsəm, kişi!
Parladı, meydana çıxdı millət, etmə qəm, kişi!
Qoy bizi təqdir edib də söyləsin aləm, kişi,
İktisabi-izzəti-nam etdi! Amma, millət a!….
Moldayı, gördün nə iqdam etdi?! Amma, millət a!….

Mənbə : sabirmuseum.az/
Davamı

Viewing all articles
Browse latest Browse all 12254

Trending Articles


Seks asılısı olan dünya tərəfindən məşhur adlar! Foto +18


Xəmsə oyunu üçün suallar paketi


Özün oyna (свояк)


Uğur (İnteraktiv oyun)


Krassvord-Proqrammı


Təxəyyül surətlərinin yaradılması prosesi


Kompüterin əsas xarakteristikaları


Seks nə vaxt vəzifəyə çevrilir?


«История Азербайджана» VII класс


Ümumi tarix: 7-ci sinif KSQ-1


Oral Seksin faydaları və zərərləri - ƏTRAFLI


Lənkəran xanlığı


Azərbaycan Respublikasının Konstitusiyası


Tarixdən tapmacalar


Xəmsə (Erkən orta əsrlər)


17 il yazışan Onore de Balzak


Ali hisslər


PENS CORNER TRADING


Dostluğa aid şəkillər - Foto (1)


KSQ



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>