1. Osmanlı dövləti 1299-cu ildə Söğütdə deyil, 1302-ci ildə Yalovada qurulub :
Osmanlı İmperiyasının yaranma tarixi 1299-cu il olaraq qəbul edilib. Ancaq ortaya çıxan yeni tarixi faktlar bunun əksinə olduğunu göstərir. Tarixçi Xəlil İnalcık bununla bağlı belə deyir: "'Osmanlı İmperiyası Karacahisarda paytaxtını qurduğu zaman əksəriyyəti müsəlman olan xalq qazı təyin edilməsini və xütbə oxunmasını istəyir. Bu, baş tutur. Bu hadisəni isə tədqiqatçılar 2 əsr sonra 1299-cu il olaraq qəbul ediblər. Türk ənənələrində xaqanlığa namizəd olanlardan birinin zəfər qazanması lazımdır. Bu, Tanrının ona qut — müqəddəslik verməsi şəklində təsvir edilir. Osman Qazi sərhəddə öz dövründəki alplarla mübarizə aparır. Bu hadisə tarixə Bafeus Döyüşü adıyla düşüb — . Osmanlı Qazi üçün bu döyüşü qazanmaq həm də ona görə lazım olur ki, ondan sonra xanədana oturacaq şəxs — yəni oğlu qeyd-şərtsiz varis olacaq. Orta Əsrlərdə xanədana sahib olmaq həm də dövlət demək idi. Bu dövlətin təminatı isə Osmanlının 1302-ci ildə Yalovada Bizansa qarşı qazandığı böyük Bafeus Zəfəri olur.Bu döyüşdən sonra Osmanlının şöhrəti yayılır və türklər onun ətrafına toplaşmağa başlayır. Bir müddət sonra böyük bir ordu formalaşır. Belə bir uğurun əldə edilməsi həm də tanrı tərəfindən verilmiş qut- müqəddəslik vergisinin göstərici olduğuna inanılır. Özündən sonra oğlu Orxan heç bir maneə olmadan taxta keçir" (Qaynaq: Xəlil İnalcık)
Davamı