Mirzə Fətəli Axundzadə Şəki şəhərində anadan olmuşdur. Onun atası Cənubi Azərbaycanın Xamnə qəsəbəsindən olan Mirzə Məhəmmədtağı, anası isə şəkili Nanə xanımdır. Uşaq yaşlarından anasının əmisi Axund Hacı Ələsgərin himayəsində yaşayaraq fars və ərəb dillərini, Quranı öyrənmiş, klassik şairlərin əsərləri ilə tanış olmuşdur.
Axund Hacı Ələsgər onun dini elmləri öyrənməsini, gələcəkdə ruhani olmasını istəsə də, o, müəllimi M.Ş.Vazehin təsiri ilə bu fikirdən daşınır, təhsilini Şəkidə açılmış ibtidai rus məktəbində davam etdirir. Onun dövlət qulluğuna meylini görən Axund Hacı Ələsgər Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakiminin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi kimi işə götürülməsinə nail olur.
Davamı